İsrail və Suriya Bakıda görüşdülər: Azərbaycandan Yaxın Şərq diplomatiyasına yeni nəfəs | …
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. İyulun 13-də Bakıda Suriya və İsrail nümayəndələri arasında ilk birbaşa görüş keçirilib.
Diplomatik mənbələrin bildirdiyinə görə, danışıqlar "İsrailin Suriyadakı yeni hərbi mövcudluğu" mövzusunda cərəyan edib.
Rəsmi təsdiq isə bir neçə gün sonra gəlib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Jewish News Syndicate"ə açıqlamasında bu görüş
Azərbaycan bölgədə sülh və sabitlik üçün körpü rolunu oynamağa hazırdır".
Bu bəyanat, sadəcə, faktı təsdiqləməyib, həm də Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunu və özünəinamlı vasitəçi statusunu ortaya qoyub.
Azərbaycan - regional sülhün yeni ünvanı İsrail və Suriya arasında illərdir davam edən düşmənçilik fonunda belə bir görüşün məhz ölkəmizdə baş tutması Azərbaycanın artıq geosiyasi xəritədə yalnız Cənubi Qafqaz dövləti deyil, həm də Yaxın Şərq proseslərinə müsbət təsir göstərən aktor kimi tanındığını göstərir.
Azərbaycan uzun müddətdir İsraillə strateji əməkdaşlıq, ərəb ölkələri ilə isə güclü əlaqələr qurub.
Bu ikili balans siyasəti Azərbaycanı Yaxın Şərqdə unikal bir vasitəçi mövqeyinə gətirib çıxarıb.
Tam oxu
Xəbəri oxu