Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

İsrail və Suriya Bakıda görüşdülər: Azərbaycandan Yaxın Şərq diplomatiyasına yeni nəfəs

İsrail və Suriya Bakıda görüşdülər: Azərbaycandan Yaxın Şərq diplomatiyasına yeni nəfəs

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İyulun 13-də Bakıda Suriya və İsrail nümayəndələri arasında ilk birbaşa görüş keçirilib. Diplomatik mənbələrin bildirdiyinə görə, danışıqlar "İsrailin Suriyadakı yeni hərbi mövcudluğu" mövzusunda cərəyan edib. Rəsmi təsdiq isə bir neçə gün sonra gəlib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Jewish News Syndicate"ə açıqlamasında bu görüşün Bakıda baş tutduğunu elan edib:

"Artıq rəsmi olaraq təsdiq edə bilərik ki, Bakı şəhərində İsrail və Suriya arasında danışıqlar keçirilib. Azərbaycan bölgədə sülh və sabitlik üçün körpü rolunu oynamağa hazırdır".

Bu bəyanat, sadəcə, faktı təsdiqləməyib, həm də Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunu və özünəinamlı vasitəçi statusunu ortaya qoyub.

Azərbaycan - regional sülhün yeni ünvanı

İsrail və Suriya arasında illərdir davam edən düşmənçilik fonunda belə bir görüşün məhz ölkəmizdə baş tutması Azərbaycanın artıq geosiyasi xəritədə yalnız Cənubi Qafqaz dövləti deyil, həm də Yaxın Şərq proseslərinə müsbət təsir göstərən aktor kimi tanındığını göstərir. Azərbaycan uzun müddətdir İsraillə strateji əməkdaşlıq, ərəb ölkələri ilə isə güclü əlaqələr qurub. Bu ikili balans siyasəti Azərbaycanı Yaxın Şərqdə unikal bir vasitəçi mövqeyinə gətirib çıxarıb. Belə diplomatik tarazlıq müasir dünyada nadir hallarda mövcuddur və məhz bu səbəbdən tərəflər Bakı görüşünə etibarlı zəmin kimi yanaşıblar.

Qlobal güclərin gözündə Bakı

Diplomatik kuluarlarda bu görüşdə Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatlarının dolayı dəstəyinin olduğu da qeyd olunur. Bu isə Azərbaycanın vasitəçiliyinin təkcə regional deyil, qlobal aktorlar tərəfindən də qəbul edildiyini göstərir. Növbəti raundun da Bakıda keçirilməsi planı bu xəttin davamlı xarakter aldığını təsdiqləyir. Bu baxımdan, Azərbaycanın bu rolu yalnız sülhməramlı mövqeyini deyil, həm də geosiyasi çəkisini artırır.

Cənubi Qafqazda sabitlik və enerji təhlükəsizliyində həlledici rola sahib olan bir ölkənin Yaxın Şərqdə də fəal diplomatik oyunçuya çevrilməsi onun üçün yeni strateji fürsətlər yaradır. Bu baxımdan, Bakıda keçirilən bu görüş diplomatik bir hadisədən daha artıq məna daşıyır. Bu, Azərbaycanın regionda söz sahibi olduğunu, həmçinin Yaxın Şərqdə sülh və sabitlik üçün real vasitəçi kimi qəbul edildiyini sübut edir. Diplomatiyada belə rollar təsadüfən yaranmır, bu, illərlə qurulan etimad, balans və peşəkar münasibətlərin nəticəsidir. Bu gün İsrail və Suriya nümayəndələrinin Bakı görüşü Azərbaycan tarixində yeni bir səhifənin açıldığını göstərir. Bu səhifənin adı isə sadədir: Sülh diplomatiyası.

Azərbaycan bu prosesdən nə qazanır?

Bu cür diplomatik proseslər Azərbaycanın beynəlxalq nüfuzuna çoxistiqamətli töhfələr verir. Azərbaycan artıq təkcə enerji və nəqliyyat layihələri ilə deyil, siyasi dialoq üçün platforma rolunda da tanınır. Yaxın Şərqdəki ziddiyyətlər fonunda Bakı sülh təşəbbüsləri ilə fərqlənir. Qlobal müstəvidə Azərbaycanın adı daha çox "vasitəçi", "etibarlı tərəfdaş" anlayışları ilə yanaşı çəkilir. Belə diplomatik əlaqələr paralel olaraq yeni iqtisadi və strateji əməkdaşlıqlara zəmin yaradır. BMT, İƏT, Qoşulmama Hərəkatı və digər qurumlar çərçivəsində Azərbaycanın sözünün çəkisi artır.

Bir sözlə, sözügedən görüş təkcə bir diplomatik hadisə deyil, bu, Azərbaycanın beynəlxalq sistemdə artan təsir gücünü nümayiş etdirən mühüm mərhələdir. Suriya və İsrail kimi zidd mövqeli ölkələrin diplomatik masaya oturduğu məkana ev sahibliyi etmək Azərbaycanın gələcək vasitəçilik təşəbbüsləri üçün güclü zəmin formalaşdırır. Bununla da Azərbaycan diplomatiyası artıq regional deyil, qlobal proseslərdə də rol almaq gücünə malik olduğunu göstərir, həm də sülhün tərəfini seçərək.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyul 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see247

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri