Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir. “"Davud dəhlizi" termini yeni ortaya çıxıb, şərti xarakterlidir.
Yəni belə bir plan və ya proqram rəsmi olaraq açıqlanmayıb. İsrailin əsas dövlət strategiyası hazırda Fələstin olaraq bilinən ərazilərin qəd
İfrat radikal yəhudilərin Yaxın Şərqdə daha geniş bir əraziyə iddiası haqda danışılır, amma bunlar dediyim kimi, kiçik qrupların ideoloji ba
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu deyib.
K.Rövşənoğlu əlavə edib ki, ancaq yarandığı gündən ətrafı ərəb-müsəlman dünyası ilə münaqişədə olan İsrailin var olma konsepsiyası hərbi gücə istinad edir: “Hərbi güc isə təbii ki, İsrailin təhlükəsizliyi üçün ətrafda bufer - təhlükəsizlik zonası yaradılmasını nəzərdə tutur.
Məsələn, Colan təpələri Fələstin torpaqalarına daxil olmasa da, 1967-ci il "altı günlük" müharibə zamanı İsrail ordusu Suriya ordusunu məğlub edərək Colan yüksəklikləri ərazisini ələ keçirdi və ilhaq etdi, hələ də işğal altında saxlamağa davam edir.
Halbuki BMT və az qala bütün dünya Colan təpələrini Suriya ərazisi kimi tanıyırdı.
Xüsusən də son 20 ildə İraqın ABŞ tərəfindən işğalından sonra İran Yaxın Şərqdə böyük bir "müqavimət cəbhəsi" deyə xətt formalaşdırıb və İsrail üçün təhdid yaradırdı”.