Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

“İsrail və Türkiyə Suriyada toqquşmazlıq xətləri müəyyən edəcək”

“İsrail və Türkiyə Suriyada toqquşmazlıq xətləri müəyyən edəcək”

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“"Davud dəhlizi" termini yeni ortaya çıxıb, şərti xarakterlidir. Yəni belə bir plan və ya proqram rəsmi olaraq açıqlanmayıb. İsrailin əsas dövlət strategiyası hazırda Fələstin olaraq bilinən ərazilərin qədim İsrail dövlətinin əraziləri olduğu tezisini müdafiə edir və bu torpaqlara iddia edir. İfrat radikal yəhudilərin Yaxın Şərqdə daha geniş bir əraziyə iddiası haqda danışılır, amma bunlar dediyim kimi, kiçik qrupların ideoloji baxışıdır və rəsmi dövlət siyasəti deyil”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu deyib.

K.Rövşənoğlu əlavə edib ki, ancaq yarandığı gündən ətrafı ərəb-müsəlman dünyası ilə münaqişədə olan İsrailin var olma konsepsiyası hərbi gücə istinad edir: “Hərbi güc isə təbii ki, İsrailin təhlükəsizliyi üçün ətrafda bufer - təhlükəsizlik zonası yaradılmasını nəzərdə tutur. Məsələn, Colan təpələri Fələstin torpaqalarına daxil olmasa da, 1967-ci il "altı günlük" müharibə zamanı İsrail ordusu Suriya ordusunu məğlub edərək Colan yüksəklikləri ərazisini ələ keçirdi və ilhaq etdi, hələ də işğal altında saxlamağa davam edir. Halbuki BMT və az qala bütün dünya Colan təpələrini Suriya ərazisi kimi tanıyırdı. Xüsusən də son 20 ildə İraqın ABŞ tərəfindən işğalından sonra İran Yaxın Şərqdə böyük bir "müqavimət cəbhəsi" deyə xətt formalaşdırıb və İsrail üçün təhdid yaradırdı”.

Onun sözlərinə görə, Suriyada vətəndaş müharibəsi zamanı İran bu ölkədə möhkəmlənsə də, müharibə həm də İsrailin Suriyada əl-qol açmasına səbəb oldu: “İsrail İranın dəstəklədiyi Livan, Fələstin, İraq və Yəməndəki silahlı qrupları özü üçün təhdid elan edib, həmçinin İranın nüvə silahı əldə etməsini təhlükə elan edərək Tehranla müxtəlif cəbhələrdə toqquşur. Ötən ilin dekabrında Bəşər Əsədin getməsi həm də böyük mənada İsrail üçün qələbə oldu. Çünki birincisi, İran Suriyanı tərk etməyə məcbur oldu, ikincisi, Livan və Fələstindəki Həmas və İslami Cihad kimi qruplarla bağı əhəmiyyətli şəkildə qırıldı. Əvəzində Suriyadakı hakimiyyət boşluğundan istifadə edərək İsrail bu ölkənin hərbi hava, hava hücumundan müdafiə və dəniz qüvvələrinin texnikasını tamamilə sıradan çıxardı və Suriya ərazisində təxminən Colan təpələri qədər bölgəni işğal etdi. İndi isə Suriyada İranı Türkiyə əvəz edir, yəni yeni Suriya hakimiyyətinin qəyyumu, belə demək olarsa, əsas dəstəkçisi Türkiyədir və bu səbəbdən də Türkiyə və İsrail Suriyada toqquşur. Lakin bu ay Bakıda keçirilən danışıqlar və Vaşinqtonda Netanyahu-Tramp görüşündən doğan nəticəyə əsasən demək olar ki, İsrail və Türkiyə Suriya ərazisində toqquşmazlıq xətləri müəyyən edəcək və qarşılıqlı olaraq bir-birini nəzərə alacaqlar”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see285

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see205

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see163

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri