“İsrail yeni regional hərbi əməliyyatlara hazırlaşır“ İsrail mətbuatı | Icma.az
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Ekspertlər qarşıdakı kampaniyanın daha hədəfli və genişmiqyaslı olacağını bildirir..." İsrail təhlükəsizlik ekspertləri İran və onun proksilərinə qarşı yeni əməliyyatın başlaya biləcəyini bildirir.
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.
İsrailin İran və proksilərinə qarşı yeni hərbi əməliyyat planları INSS institutunun İran üzrə mütəxəssisi Bennni Sabati qeyd edib ki, yaxın aylarda İsrail Tehranla qarşıdurmanın yeni mərhələsinə keçə bilər və bu mərhələ əvvəlkilərdən daha geniş miqyaslı olacaq.
Ekspertin sözlərinə görə, yeni kampaniya qısa, lakin hədəfli olacaq, yalnız hərbi infrastrukturla kifayətlənməyəcək, həm də İran rejiminin əsas elementlərinə yönələcək.
Sabati bildirib ki, İran əvvəlki qarşıdurma dövründən qalib təsiri yaratsa da, ağır nəticələr - nüvə obyektlərinin dağıdılması, müdafiə infrastrukturu ziyanı və əsas atom mütəxəssislərinin itirilməsi onu əngəlləmir.
İran hələ də aqressiv ritorikaya üstünlük verir, proksilərini gücləndirir və "Hizbullah"a dəstəyini strateji prioritet kimi saxlayır.
Sabati vurğulayır ki, "Hizbullah" hələlik birbaşa eskalasiya etməsə də, nəzarət zəifləsə, vəziyyət dəyişə bilər.
Tam oxu
Xəbəri oxu