Icma.az
close
up
RU
“İsrail yeni regional hərbi əməliyyatlara hazırlaşır“ İsrail mətbuatı

“İsrail yeni regional hərbi əməliyyatlara hazırlaşır“ İsrail mətbuatı

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ekspertlər qarşıdakı kampaniyanın daha hədəfli və genişmiqyaslı olacağını bildirir..."

İsrail təhlükəsizlik ekspertləri İran və onun proksilərinə qarşı yeni əməliyyatın başlaya biləcəyini bildirir.

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.

İsrailin İran və proksilərinə qarşı yeni hərbi əməliyyat planları

INSS institutunun İran üzrə mütəxəssisi Bennni Sabati qeyd edib ki, yaxın aylarda İsrail Tehranla qarşıdurmanın yeni mərhələsinə keçə bilər və bu mərhələ əvvəlkilərdən daha geniş miqyaslı olacaq. Ekspertin sözlərinə görə, yeni kampaniya qısa, lakin hədəfli olacaq, yalnız hərbi infrastrukturla kifayətlənməyəcək, həm də İran rejiminin əsas elementlərinə yönələcək.

Sabati bildirib ki, İran əvvəlki qarşıdurma dövründən qalib təsiri yaratsa da, ağır nəticələr - nüvə obyektlərinin dağıdılması, müdafiə infrastrukturu ziyanı və əsas atom mütəxəssislərinin itirilməsi onu əngəlləmir. İran hələ də aqressiv ritorikaya üstünlük verir, proksilərini gücləndirir və "Hizbullah"a dəstəyini strateji prioritet kimi saxlayır. Sabati vurğulayır ki, "Hizbullah" hələlik birbaşa eskalasiya etməsə də, nəzarət zəifləsə, vəziyyət dəyişə bilər.

İranın regional fəallığı və İsrailin riskləri

İsrailin sabiq general-leytenantı İshaq Barik qeyd edib ki, ölkə son onilliklərin ən təhlükəli nöqtəsinə yaxınlaşıb. İrana bağlı proksilər, o cümlədən "Hizbullah", HƏMAS, "İslam cihadi" husilər və digər ekstremist qruplar İsrailə çoxşaxəli hücum üçün hazırlanır. Hücumlar Livan, Suriya, Qəzza bölgəsi, İudeya və Samariya, həmçinin İordaniyadan şərq istiqaməti ilə həyata keçirilə bilər. Bu, kütləvi raket zərbələri və dron hücumları ilə müşayiət olunaraq İsrailin təhlükəsizliyinə ciddi risk yaradacaq.

Barik həmçinin İsrail-İordaniya sərhədində İranın terror infrastrukturu yaratdığını qeyd edir, qanunsuz silah daşınmaları, İordaniyada özəklərin formalaşması və sığınacaq düşərgələrində fəaliyyətlər müşahidə olunub. Qəzza bölgəsində HƏMAS-ın hələ də fəaliyyət göstərməsi, döyüşçülərin cəlb edilməsi və təsir dairəsini genişləndirməsi yerli hücum riskini qoruyur.

İsrailin daxili təhlükəsi və hərbi hazırlıq ehtiyacı

Barik həmçinin daxili təhlükələrə diqqət çəkir: İudeya və Samariya ərazilərindən qanunsuz sakinlərin sızması, hərbi bazaların zəif qorunması və silahlı ekstremist qrupların fəaliyyətinin artması İsrail üçün çoxşaxəli hücum riskini artırır. O, vurğulayır ki, əgər hökumət və ordu komandanlığı dərhal orduyu gücləndirməsə, rezervləri hazırlamas və alyansları aktivləşdirməsə, ölkə regional konfliktin yaratdığı böyük fəlakətlə üzləşə bilər.

Sabati və Barikin qiymətləndirmələrinə görə, İranın raket və HHM imkanlarını bərpa cəhdi, proksilərinə verdiyi maliyyə və hərbi dəstək, həmçinin regional mövqelərinin gücləndirilməsi İsraili yeni hərbi əməliyyata sürükləyir. Ekspertlər hesab edir ki, qarşıdakı əməliyyat daha hədəfli və rejimin əsas elementlərinə yönələcək, İsrail üçün strateji və təhlükəsizlik baxımından kritik mərhələ olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri