525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsraildə parlament seçkilərində səsvermə başlayıb.
525.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və 22:00-dək fəaliyyət göstərəcək.
Seçkilərdə təxminən qeydə alınmış 7,3 milyon seçici səs verə biləcək.
120 yerlik parlamentdə 36 partiyanın namizədi mübarizə aparır. Knessetdə təmsil olunmaq üçün partiya səslərin ən azı 3,25 faizini toplamalıdır.
İsrail Prezidenti İsxak Hersoq və ultra-dindar ŞAS partiyasının sədri Arye Deri artıq səs veriblər.
Baş nazir postuna əsas namizədlər hazırkı hökumət başçısı, sağçı “Likud” partiyasından namizədliyini irəli sürən 77 yaşlı Benyamin Netanyahu və İsrail Müdafiə Ordusunun keçmiş Baş Qərargah rəisi, mərkəzçi “Yaşar” partiyasının rəhbəri 66 yaşlı Qadi Ayzenkotdur.
Pərvanə Sultanova