İsraildə parlament seçkiləri: 120 yer uğrunda 36 partiya mübarizə aparır
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsraildə parlament seçkilərində səsvermə başlayıb.
525.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və 22:00-dək fəaliyyət göstərəcək.
Seçkilərdə təxminən qeydə alınmış 7,3 milyon seçici səs verə biləcək.
120 yerlik parlamentdə 36 partiyanın namizədi mübarizə aparır. Knessetdə təmsil olunmaq üçün partiya səslərin ən azı 3,25 faizini toplamalıdır.
İsrail Prezidenti İsxak Hersoq və ultra-dindar ŞAS partiyasının sədri Arye Deri artıq səs veriblər.
Baş nazir postuna əsas namizədlər hazırkı hökumət başçısı, sağçı “Likud” partiyasından namizədliyini irəli sürən 77 yaşlı Benyamin Netanyahu və İsrail Müdafiə Ordusunun keçmiş Baş Qərargah rəisi, mərkəzçi “Yaşar” partiyasının rəhbəri 66 yaşlı Qadi Ayzenkotdur.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Oktyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















