Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Xarici Kəşfiyyat Xidməti ABŞ və Böyük Britaniyanın Suriyada Rusiyaya qarşı genişmiqyaslı terror hücumları hazırladığını açıqlayıb.
Məlumata görə, Vaşinqton və London Suriyada hakimiyyət dəyişikliyindən sonra bu ölkədə vəziyyətin sabitləşməsinə imkan vermək istəmirlər.
“ABŞ və Böyük Britaniya Yaxın Şərqdə xaosun davam etməsini strateji məqsəd hesab edirlər.
Bu, onların bölgədə uzunmüddətli üstünlüklərini qorumaq üçün effektiv bir vasitədir”, - məlumatda vurğulanır.
Hadisəyə münasibət bildirən israilli politoloq, “Aziznews.com” saytının redaktoru Yuri Boçarov “Cebheinfo.az”-a bildirib ki, bu gün hər kəs bir-biri ilə informasiya müharibəsi aparır, xüsusilə də bu, psixoloji təsir vasitəsi ilə həyata keçirilir.
Artıq əsas məqsəd düşməni qorxutmaq deyil, onu çaşdırmaq, yanıltmaq və həqiqi niyyətlərini gizlətməkdir: "Bu səbəbdən məsələyə iki fərqli yanaşma mümkündür.
Hamıya məlumdur ki, hazırda Suriyada ən azı dörd ölkənin hərbi qüvvələri var və müxtəlif səviyyədə fəaliyyət göstərən 12-dən çox terror qruplaşması mövcuddur.