Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

İsrailli politoloq : “Yaxın gələcəkdə bizi toqquşmalar gözləyir”

İsrailli politoloq : “Yaxın gələcəkdə bizi toqquşmalar gözləyir”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Xarici Kəşfiyyat Xidməti  ABŞ və Böyük Britaniyanın Suriyada Rusiyaya qarşı genişmiqyaslı terror hücumları hazırladığını açıqlayıb.

Məlumata görə, Vaşinqton və London Suriyada hakimiyyət dəyişikliyindən sonra bu ölkədə vəziyyətin sabitləşməsinə imkan vermək istəmirlər.

“ABŞ və Böyük Britaniya Yaxın Şərqdə xaosun davam etməsini strateji məqsəd hesab edirlər. Bu, onların bölgədə uzunmüddətli üstünlüklərini qorumaq üçün effektiv bir vasitədir”, - məlumatda vurğulanır.

Hadisəyə münasibət bildirən israilli politoloq, “Aziznews.com” saytının redaktoru Yuri Boçarov “Cebheinfo.az”-a bildirib ki, bu gün hər kəs bir-biri ilə informasiya müharibəsi aparır, xüsusilə də bu, psixoloji təsir vasitəsi ilə həyata keçirilir. Artıq əsas məqsəd düşməni qorxutmaq deyil, onu çaşdırmaq, yanıltmaq və həqiqi niyyətlərini gizlətməkdir:

"Bu səbəbdən məsələyə iki fərqli yanaşma mümkündür.

Hamıya məlumdur ki, hazırda Suriyada ən azı dörd ölkənin hərbi qüvvələri var və müxtəlif səviyyədə fəaliyyət göstərən 12-dən çox terror qruplaşması mövcuddur. Bu qruplaşmaların əksəriyyətinin öz maraqları, himayədarları və maliyyə dəstəkçiləri var. Bununla yanaşı, Türkiyə, Rusiya, ABŞ, İsrail və İranın Suriyanın gələcəyi ilə bağlı fərqli baxışları mövcuddur və hər biri bu vəziyyətdən istifadə edərək öz təsir dairəsini genişləndirməyə çalışır”.

Onun fikrincə, Türkiyə üçün Suriyadakı Rusiya hərbi bazaları onun geosiyasi planlarına ciddi maneə yaratmasa da, ABŞ üçün Rusiya bu bölgədə əsas maneədir:

“Təbii ki, Rusiya ilə ABŞ arasında birbaşa hərbi qarşıdurma ehtimalı çox azdır. Amma Suriyada həm ABŞ-nin dəstəklədiyi qruplaşmalar, həm də pul və ya başqa bir dəstək müqabilində hər cür tapşırığı yerinə yetirməyə hazır olan muzdlu döyüşçülər kifayət qədərdir.

Suriyada artıq Əsədə sadiq olan köhnə qvardiya ilə yeni hakimiyyət tərəfdarları arasında qarşıdurmalar başlayıb. Bununla yanaşı, müxtəlif dini məzhəblər, xüsusilə ələvilərlə digər qruplar arasında toqquşmalar da baş verir. Buna görə də hər hansı bir silahlı qruplaşmanın Rusiya hərbi bazalarına gözlənilməz hücumu tamamilə realdır. Hətta bu, ABŞ-nin birbaşa müdaxiləsi olmadan da mümkündür.

Amma ABŞ-nin belə bir hücumun sifarişçisi olması ehtimalı da realdır və yəqin ki, artıq bu istiqamətdə planlar hazırlanıb”.

Ekspert hesab edir ki, Rusiya  hadisələri qabaqlamaq üçün diqqəti əvvəlcədən ABŞ-yə yönəltməyə çalışır: “Bunu ona görə edirlər ki, sonradan BMT Təhlükəsizlik Şurasında hər kəsi bu barədə xəbərdar etdiyini bəyan edə bilsin. Ola bilər ki, bu mərhələdə Rusiyanın belə bir informasiya gedişi ABŞ-nin hər hansı bir hücumunu müəyyən qədər təxirə sala bilər və ABŞ BMT-də sülh prosesini pozmaqda ittiham olunmasın.

Ancaq yaxın gələcəkdə çox güman ki, Suriya müxtəlif təsir dairələrinə bölünəcək. Türkiyə, ABŞ və Rusiya ilə yanaşı, kürdlər, ələvilər və druzlar kimi milli əsasda qurulan qrupların da öz zonaları olacaq. Bundan əlavə, terror qruplaşmalarının nəzarət etdiyi boz zonaların mövcudluğu da qaçınılmazdır. Qeyd etmək lazımdır ki, nə Türkiyə, nə ABŞ, nə Rusiya, nə də İsrail Suriyanın bütün ərazisinə sahib çıxmağa çalışır. Hər biri üçün əsas olan yalnız öz geosiyasi maraqlarını təmin etməkdir və bu maraqlar Suriyanın müəyyən bir hissəsini əhatə edir.

Beləliklə, yaxın gələcəkdə bizi həm regional vətəndaş müharibələri, həm də müxtəlif terror qruplaşmalarının bölgədə olan dövlətlərin qoşunları ilə toqquşmaları gözləyir".

Səbinə Uğur
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Dekabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see208

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see198

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see186

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see151

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri