Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq. 2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondun
SİA xəbər verir ki, bu, Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,5 % çoxdur.
İSF-nin gəlirlərinin 206,4 milyon manatı onun büdcə gəlirləri (11,7 % çox), 54,3 milyon manatı isə Fondun 2025-ci il yanvarın 1-nə yaradılacaq ehtiyatı (2 % çox) hesabına formalaşdırılmalıdır.
Büdcə gəlirlərinin strukturundə əsas yeri həmişəki kimi işsizlikdən sığorta haqları tutacaq.
Gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 11,7 % çox - 206,3 milyon manat olacağı proqnozlaşdırılır.
O cümlədən, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 9,7 % artaraq 24,9 milyon manat, büdcədən maliyyələşən təşkilatlardan işləyənlər üzrə daxilolmalar 9,7 % artaraq 24,9 milyon manat, qeyri-büdcə sektorundan daxilolmalar isə 12,4 % artaraq 156,6 milyon manat təşkil etməlidir.
2025-ci ildə İSF-nin xərclərinin də 2024-cü illə müqayisədə 9,5 % çox - 260,7 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.