Icma.az
close
up
RU
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılır

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılır

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (DSMF) gəlirlərinin 260,7 milyon manat təşkil edəcəyi gözlənilir. SİA xəbər verir ki, bu, Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,5 % çoxdur.

İSF-nin gəlirlərinin 206,4 milyon manatı onun büdcə gəlirləri (11,7 % çox), 54,3 milyon manatı isə Fondun 2025-ci il yanvarın 1-nə yaradılacaq ehtiyatı (2 % çox) hesabına formalaşdırılmalıdır.

Büdcə gəlirlərinin strukturundə əsas yeri həmişəki kimi işsizlikdən sığorta haqları tutacaq. Gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 11,7 % çox - 206,3 milyon manat olacağı proqnozlaşdırılır. O cümlədən, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 9,7 % artaraq 24,9 milyon manat, büdcədən maliyyələşən təşkilatlardan işləyənlər üzrə daxilolmalar 9,7 % artaraq 24,9 milyon manat, qeyri-büdcə sektorundan daxilolmalar isə 12,4 % artaraq 156,6 milyon manat təşkil etməlidir.

2025-ci ildə İSF-nin xərclərinin də 2024-cü illə müqayisədə 9,5 % çox - 260,7 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. O cümlədən, işsizliyə görə sığorta ödənişləri 13,3 % artaraq 17 milyon manat, peşə hazırlığı və əlavə təhsil xərcləri dəyişməyərək 35 milyon manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi xərcləri dəyişməyərək 1,5 milyon manat, əmək yarmarkalarının və əmək birjalarının keçirilməsi xərcləri dəyişməyərək 0,5 milyon manat, Haqqı ödənilən ictimai işlərə görə xərcləri 26 % azalaraq 3,7 milyon manat, özünüməşğulluq tədbirlərinin keçirilməsi xərcləri 5,5 % artaraq 77 milyon manat, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi xərcləri dəyişməyərək 4 milyon manat, peşə standartlarının hazırlanması xərcləri dəyişməyərək 1 milyon manat, Fondun aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların saxlanılması xərcləri 21,8 % artaraq 67 milyon manat, əhaliyə sosial sahədə xidmətlərin müştərək maliyyələşdirilməsi xərcləri 11,1 % artaraq 50 milyon manat, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması xərcləri dəyişməyərək 1 milyon manat, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi xərcləri 2 dəfə artaraq 2 milyon manat, qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv tədbirlərin xərcləri isə dəyişməyərək 1 milyon manat təşkil etməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri