İstanbul danışıqları öncəsi: Ruslar daha bir kəndini işğal edib, Dnepropetovskə yaxınlaşır

15.05.2025

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Rusiya qoşunları son 24 saat ərzində Ukraynanın Donetsk vilayətində irəliləyib və Novoye kəndini işğal ediblər.
Reyting.az
-ın məlumatına görə, Ukraynanın “DeepState” monitorinq layihəsinin analitikləri bildiriblər ki, rus ordusu mayın 15-də Donetsk vilayətinin üç yaşayış məntəqəsi yaxınlığında irəliləyib. “Düşmən Novoyeni işğal edib, həmçinin Çasovıy Yar, Malinovka və Novaya Poltavka yaxınlığında üstünlük qazanıb”, - məlumatda deyilir.
Daha əvvəl Ukrayna mediası yazıb ki, Rusiya genişmiqyaslı hücuma hazırlaşır. “Financial Times” isə Ukrayna kəşfiyyat rəsmilərinə istinadla bildirib ki, Rusiya hərbi qüvvələrini əsas qaynar nöqtələrə aparır.
Onu da qeyd edək ki, ötən həftə rus qoşunları Donetsk vilayətinin Şərq hissəsində, xüsusilə Pokrovsk və Toretsk şəhərləri ətrafında daha çox ərazini ələ keçirib. Bundan əlavə, ruslar Dnepropetrovsk vilayətinə yaxınlaşır. “DeepState” analitikləri hesab edirlər ki, Rusiya qoşunlarının bu bölgəyə hücum etmək üçün birbaşa tapşırıqları olmasa da, ruslar Donetsk vilayətinin sərhədlərinə çatsalar, fürsətdən istifadə edə bilərlər.

ELÇİN
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью