İstanbul danışıqları öncəsi: Ruslar daha bir kəndini işğal edib, Dnepropetovskə yaxınlaşır
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya qoşunları son 24 saat ərzində Ukraynanın Donetsk vilayətində irəliləyib və Novoye kəndini işğal ediblər.
Reyting.az-ın məlumatına görə, Ukraynanın “DeepState” monitorinq layihəsinin analitikləri bildiriblər ki, rus ordusu mayın 15-də Donetsk vilayətinin üç yaşayış məntəqəsi yaxınlığında irəliləyib. “Düşmən Novoyeni işğal edib, həmçinin Çasovıy Yar, Malinovka və Novaya Poltavka yaxınlığında üstünlük qazanıb”, - məlumatda deyilir.
Daha əvvəl Ukrayna mediası yazıb ki, Rusiya genişmiqyaslı hücuma hazırlaşır. “Financial Times” isə Ukrayna kəşfiyyat rəsmilərinə istinadla bildirib ki, Rusiya hərbi qüvvələrini əsas qaynar nöqtələrə aparır.
Onu da qeyd edək ki, ötən həftə rus qoşunları Donetsk vilayətinin Şərq hissəsində, xüsusilə Pokrovsk və Toretsk şəhərləri ətrafında daha çox ərazini ələ keçirib. Bundan əlavə, ruslar Dnepropetrovsk vilayətinə yaxınlaşır. “DeepState” analitikləri hesab edirlər ki, Rusiya qoşunlarının bu bölgəyə hücum etmək üçün birbaşa tapşırıqları olmasa da, ruslar Donetsk vilayətinin sərhədlərinə çatsalar, fürsətdən istifadə edə bilərlər.

ELÇİN

Roman Abramoviç İstanbul danışıqları öncəsi Kremldə göründü
14 May 2025 00:53
Rusiya Ankaradakı səfirini dəyişir İstanbul danışıqları öncəsi
02 İyun 2025 13:16
İstanbul danışıqları öncəsi müəmmalı vəziyyət Zelenski narahatdır
01 İyun 2025 15:57
İstanbul danışıqları öncəsi qarşılıqlı təhqirlər: Zaxarova Zelenskini “kloun” adlandırdı
15 May 2025 17:50
Rusiyanın İstanbul görüşü öncəsi hədəfi budur Ekspert
06 İyul 2025 09:00

