İstanbul danışıqları: Rusiya şərtləri sərtləşdirir, Ukrayna dialoqu mənasız sayır TƏHLİL |…
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünən İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının əsas gündəmini əsir və meyit mübadiləsi, itkin düşmüş uşaqların taleyi və siyasi məhbuslarla bağlı məsələlər təşkil etsə də, fundamental ziddiyyətlər yenə də əsas rol oynadı.
Rusiya tərəfi görüşü humanitar təşəbbüs kimi təqdim etməyə çalışsa da, Ukrayna nümayəndələri bunu formal xarakterli və nəticəsiz adlandırdılar.
Moskva Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrinin Rusiya ərazisi kimi tanınmasını, Kiyevin NATO-dan imtina etməsini və neytral statusa keçməsini bir daha tələb etdi.
Bu şərtlər isə sirr deyil ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə açıq şəkildə ziddiyyət təşkil edir.
Görüş, ümumilikdə, diplomatik prosesin davam etdiyini göstərsə də, sülhə gedən yolda hələ ki, ciddi irəliləyiş olmadığını ortaya qoydu.
Ukrayna tərəfi Rusiya ilə dialoqu mənasız sayır Ukraynalı siyasi ekspert Valeriy Dımov APA-ya açıqlamasında qeyd edib ki, İstanbulda keçirilən son Rusiya-Ukrayna görüşü real danışıqlardan uzaq, formal xarakter daşıyıb, əvvəldən də ciddi nəticə gözlənilmirdi.
Onun sözlərinə görə, Rusiya tərəfi hələ də konstruktiv mövqe sərgiləmir və terrorçu yanaşma ilə “əsirlərlə ticarəti” “mübadilə” adı ilə təqdim edir.
Tam oxu
Xəbəri oxu