İstanbul nəhəngləri transferdə rəqib oldular

12.11.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yunion"un müdafiəçisi Massire Silla karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" seneqallı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İstanbul nəhəngləri Sillanı qarşıdakı transfer pəncərəsinə heyətə cəlb etməyə çalışacaqlar. Belçika klubu 21 yaşlı mərkəz müdafiəçisi üçün 15 milyomn avro təzminat tələb edir.

Gənc oyunçu ilə İtaliyanın "Milan" və "Roma" klubları da yaxından maraqlanırlar.

Qeyd edək ki, "Yunion" Massire Sillanı bu ilin yanvarında Norveçin "Lyun" klubundan 800 min avroya transfer edib. Seneqal millisinin üzvü cari mövsümdə "sarı-mavilər"in heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью