İstanbul nəhəngləri transferdə rəqib oldular
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Yunion"un müdafiəçisi Massire Silla karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" seneqallı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul nəhəngləri Sillanı qarşıdakı transfer pəncərəsinə heyətə cəlb etməyə çalışacaqlar. Belçika klubu 21 yaşlı mərkəz müdafiəçisi üçün 15 milyomn avro təzminat tələb edir.
Gənc oyunçu ilə İtaliyanın "Milan" və "Roma" klubları da yaxından maraqlanırlar.
Qeyd edək ki, "Yunion" Massire Sillanı bu ilin yanvarında Norveçin "Lyun" klubundan 800 min avroya transfer edib. Seneqal millisinin üzvü cari mövsümdə "sarı-mavilər"in heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 12 Noyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















