İstanbulda 17 nəfər saxta spirtli içkidən ölüb

04.12.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İstanbulda saxta spirtli içkidən zəhərləndiyi şübhəsi ilə xəstəxanaya yerləşdirilən 17 nəfər ölüb. 

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İl Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi açıqlama yayıb.

Məlumata görə, Şişli, Beyoğlu, Fatih, Kağıthane, Esenyurt, Sultanqazi, Bakırköy, Üsküdar və Ümraniyedə 46 nəfər saxta spirtli içkidən zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Həmin şəxslərdən 17 nəfər ölüb, 7-ievə buraxıldığı, 22 nəfərin isə müalicəsi davam etdiyi öyrənilib.

Əməliyyat tədbirləri zamanı 19 şübhəli saxlanılıb.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью