İstanbulda 17 nəfər saxta spirtli içkidən ölüb
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
İstanbulda saxta spirtli içkidən zəhərləndiyi şübhəsi ilə xəstəxanaya yerləşdirilən 17 nəfər ölüb.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İl Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi açıqlama yayıb.
Məlumata görə, Şişli, Beyoğlu, Fatih, Kağıthane, Esenyurt, Sultanqazi, Bakırköy, Üsküdar və Ümraniyedə 46 nəfər saxta spirtli içkidən zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Həmin şəxslərdən 17 nəfər ölüb, 7-ievə buraxıldığı, 22 nəfərin isə müalicəsi davam etdiyi öyrənilib.
Əməliyyat tədbirləri zamanı 19 şübhəli saxlanılıb.
Gülşən Şərif

İstanbulda 3 nəfər saxta spirtli içkidən ölüb
30 Noyabr 2024 10:38
Saxta spirtli içkidən 17 nəfər ölüb
04 Dekabr 2024 22:09
İstanbulda saxta spirtli içkidən zəhərlənmə nəticəsində 19 nəfər ölüb
15 Yanvar 2025 14:42
İstanbulda saxta spirtli içkidən 46 nəfər zəhərlənib, onlardan 17si ölüb
04 Dekabr 2024 15:04

