Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Noyabrın 2-də TÜYAP kompleksində işə başlayan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi maraqlı tədbir və təqdimatlarla davam edir.
Bu barədə Manset.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın "fəxri qonaq ölkə" olduğu sərgi çərçivəsində ədəbiyyat, mədəniyyət və mətbəximizlə bağlı təqdimatlar təşkil olunur.
Noyabrın 4-də sərgi məkanında bu il 100 illiyi qeyd olunan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, şair, Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov; 1924-1990) şeirlərindən ibarət kitabın təqdimatı keçirilib.
Təqdimat mərasimi TÜRKSOY, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirin moderatoru Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı nəşrin ərsəyə gəlməsindən danışıb.
Qeyd edib ki, "Aşıq Mikayıl Azaflı. Seçilmiş şeirlər" adlı kitab görkəmli saz-söz ustadının 100 illiyinə həsr olunub.