Icma.az
close
up
RU
İstanbulda Aşıq Mikayıl Azaflı. Seçilmiş şeirlər və Azərbaycan nağılları kitablarının təqdimatı keçirilib FOTOLAR

İstanbulda Aşıq Mikayıl Azaflı. Seçilmiş şeirlər və Azərbaycan nağılları kitablarının təqdimatı keçirilib FOTOLAR

Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 2-də TÜYAP kompleksində işə başlayan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi maraqlı tədbir və təqdimatlarla davam edir.

Bu barədə Manset.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın "fəxri qonaq ölkə" olduğu sərgi çərçivəsində ədəbiyyat, mədəniyyət və mətbəximizlə bağlı təqdimatlar təşkil olunur.

Noyabrın 4-də sərgi məkanında bu il 100 illiyi qeyd olunan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, şair, Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov; 1924-1990) şeirlərindən ibarət kitabın təqdimatı keçirilib.

Təqdimat mərasimi TÜRKSOY, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirin moderatoru Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı nəşrin ərsəyə gəlməsindən danışıb. Qeyd edib ki, "Aşıq Mikayıl Azaflı. Seçilmiş şeirlər" adlı kitab görkəmli saz-söz ustadının 100 illiyinə həsr olunub.

Mədəniyyət nazirinin müavini TÜRKSOY-un Türk dünyasının ədəbiyyat və mədəniyyətinin təbliğinə töhfə verən layihələrinin əhəmiyyətini yüksək qiymətləndirib. O, Mədəniyyət Naziriliyi ilə TÜRKSOY-un bu sahədə uğurlu əməkdaşlığının davamlı olacağına əminliyini bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Mikayıl Azaflının keşməkeşli həyat yolu və yaradıcılığından danışıb. Aşıq-şairin əsərlərinin Azərbaycanda və Türkiyədə nəşri tarixinə nəzər salıb.

Türkiyədəki “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi (AYB) Türkiyə bölməsinin sədri İmdat Avşar, AYB-nin katibi şair Səlim Babullaoğlu, Mikayıl Azaflının qardaşı nəvəsi, "Azaflı" Sosial yardım və mədəniyyət dərnəyinin başqanı Arzuman Azaflı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Nizar Kara və başqaları çıxış edərək ustad sənətkarın ömür yolu və yaradıcılığından danışıb, nəşrin ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür ediblər.

Məlumat verilib ki, şeirləri Zehra Işık türk dilinə uyğunlaşdırıb. Kitab TÜRKSOY-un baş katibi Sultan Raevin təqdimat yazısı ilə açılır. Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı nəşrə geniş ön söz yazıb.

Sonra təqdimat ərzurumlu aşıq Erol Erqaninin ifasında Mikayıl Azaflının sözləri üstündə saz havaları ilə davam edib.

Qeyd edək ki, Mikayıl Azaflı yaradıcı aşıq kimi tanınıb. Onun “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Məzahiri”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları dillər əzbəri olub. Bu havaların hər birinin öz ritmi, ahəngi, gözəlliyi və təkrarsız melodik zənginliyi var.

Sonda TÜRKSOY-un xatirə hədiyyələri təqdim olunub.
*
Həmin gün bu il Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış və Türk dilinə tərcümə olunmuş "Azərbaycan xalq nağılları" kitabının təqdimatı keçirilib.

Azərbaycanın tanınmış uşaq yazarları Almaz Amanova və Sevinc Nuruqızı çıxış edərək xalq nağıllarının əhəmiyyətini vurğulayıb, uşaqların estetik zövqünün formalaşmasında belə nəşrlərin çap olunmasının vacibliyini diqqətə çatdırıblar.

Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mərkəzin nəşr layihələri haqqında məlumat verib, bu kimi layihələrin gələcəkdə də davamlı olacağını bildirib.

Bildirilib ki, kitabın tərtibçisi Türkiyədə yaşayan azərbaycanlı alim, kulturoloq Mətanət Hüseynova, nağıllar üzrə çəkilmiş rəsmlərin müəllifi tanınmış uşaq rəssamı Nüşabə Kiçikdir.

Kitabda “Tıq-tıq xanım", “Cırtdan”, “Şəngülüm, Şüngülüm, Məngülüm nağılı”, “Keçəl”, “Göyçək Fatma”, “Ovçu Pirimin nağılı”, “Sehrli xalça”, “Təpəgözün nağılı”, “Məlikməmməd”, “Tülkü, tülkü, tünbəki” - ümumilikdə 12 nağıl yer alıb.

Tədbirdə İstanbulda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan orta məktəbin bir qrup şagirdi də iştirak edib, uşaq yazıçılarına suallar ünvanlayıb, şeirlər səsləndiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 04 Noyabr 2024 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see193

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri