İstanbulda əməliyyatda 19 şübhəli həbs edilib

21.04.2026

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Türkiyədə DHKP-C terror təşkilatını hədəf alan əməliyyatda 19 şübhəli saxlanılıb.

Missiya.Az "Habergloal"a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu bu barədə açıqlama yayıb.


DHKP-C terror təşkilatının fəaliyyətlərinin aşkarlanması üçün davam edən istintaq çərçivəsində təşkilatın "Grup Yorum", "TAYAD" və "Mahalle Alan" strukturlarında fəaliyyət göstərdiyi müəyyən edilən şübhəlilər haqqında həbs qərarı verilib.


Bunun ardınca təhlükəsizlik qüvvələri İstanbul, Hatay, Ankara və Kocaelidə 23 ünvanda eyni vaxtda əməliyyatlara başlayıb. Əməliyyat zamanı 19 şübhəli saxlanılıb, ünvanlarda aparılan axtarışlar zamanı çoxsaylı təşkilati sənədlər və rəqəmsal materiallar müsadirə edilib.


Qruplar barələrində həbs qərarı verilmiş dörd şübhəlinin tutulması üçün səylərini davam etdirir.


İlahə Qənbərli

Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью