İstanbulda əməliyyatda 19 şübhəli həbs edilib
Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
Türkiyədə DHKP-C terror təşkilatını hədəf alan əməliyyatda 19 şübhəli saxlanılıb.
Missiya.Az "Habergloal"a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu bu barədə açıqlama yayıb.
DHKP-C terror təşkilatının fəaliyyətlərinin aşkarlanması üçün davam edən istintaq çərçivəsində təşkilatın "Grup Yorum", "TAYAD" və "Mahalle Alan" strukturlarında fəaliyyət göstərdiyi müəyyən edilən şübhəlilər haqqında həbs qərarı verilib.
Bunun ardınca təhlükəsizlik qüvvələri İstanbul, Hatay, Ankara və Kocaelidə 23 ünvanda eyni vaxtda əməliyyatlara başlayıb. Əməliyyat zamanı 19 şübhəli saxlanılıb, ünvanlarda aparılan axtarışlar zamanı çoxsaylı təşkilati sənədlər və rəqəmsal materiallar müsadirə edilib.
Qruplar barələrində həbs qərarı verilmiş dörd şübhəlinin tutulması üçün səylərini davam etdirir.
İlahə Qənbərli
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 21 Aprel 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















