525.az saytından alınan məlumata görə, Icma.az bildirir. Texnologiyanın sürətli inkişafı və internetə çıxış imkanlarının genişlənməsi nəticə
"Trendyol", "Temu", "AliExpress" kimi platformalar istehlakçılara daha geniş çeşiddə və sərfəli qiymətə məhsullar əldə etmək imkanı verir.
Bəs alıcılara rahatlıq və seçim sərbəstliyi verən bu üsul yerli satıcıların və istehsalçıların işinə hansı təsirlər göstərir?
İqtisadçı ekspert Famil Niftiyevin sözlərinə görə, son illərdə "Trendyol", "Temu", "AliExpress" kimi beynəlxalq onlayn ticarət platformalarının Azərbaycanda geniş istifadə olunması pərakəndə ticarət sektorunda ciddi dəyişikliklərə səbəb olub: "Bu platformalar vasitəsilə alıcılar əvvəlkindən daha sərfəli qiymətlərlə, daha geniş çeşiddə məhsulları əldə etmək imkanı qazanıblar.
Nəticədə, yerli mağazalar və ticarət obyektləri əvvəlki kimi qiymət diktə edən aktorlar olmaqdan çıxıblar, çünki istehlakçılar artıq eyni və ya bənzər məhsulları daha ucuz qiymətə xaricdən sifariş edə bilirlər.
Bu, bazarda qiymət rəqabətini gücləndirərək, xidmət və məhsul keyfiyyətində artımı da zəruri edib.
Digər tərəfdən, bu tendensiya xüsusilə kiçik sahibkarlıq subyektləri üçün təhlükə yaradıb.
Onlar onlayn platformalardakı ucuz qiymətlərlə rəqabət aparmaqda çətinlik çəkirlər.