Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Qızılın SON qiyməti

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

İstehlakçını alış veriş çılğınına döndərən onlayn platformalar

İstehlakçını alış veriş çılğınına döndərən onlayn platformalar

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Texnologiyanın sürətli inkişafı və internetə çıxış imkanlarının genişlənməsi nəticəsində dünyanın hər yerində olduğu kimi, son illər Azərbaycanda da elektron ticarət, xüsusilə də beynəlxalq onlayn alış-veriş platformaları vasitəsilə çeşidli məhsullar əldə etmək kütləvi hal alıb. "Trendyol", "Temu", "AliExpress" kimi platformalar istehlakçılara daha geniş çeşiddə və sərfəli qiymətə məhsullar əldə etmək imkanı verir. Bəs alıcılara rahatlıq və seçim sərbəstliyi verən bu üsul yerli satıcıların və istehsalçıların işinə hansı təsirlər göstərir?

İqtisadçı ekspert Famil Niftiyevin sözlərinə görə, son illərdə "Trendyol", "Temu", "AliExpress" kimi beynəlxalq onlayn ticarət platformalarının Azərbaycanda geniş istifadə olunması pərakəndə ticarət sektorunda ciddi dəyişikliklərə səbəb olub: "Bu platformalar vasitəsilə alıcılar əvvəlkindən daha sərfəli qiymətlərlə, daha geniş çeşiddə məhsulları əldə etmək imkanı qazanıblar. Nəticədə, yerli mağazalar və ticarət obyektləri əvvəlki kimi qiymət diktə edən aktorlar olmaqdan çıxıblar, çünki istehlakçılar artıq eyni və ya bənzər məhsulları daha ucuz qiymətə xaricdən sifariş edə bilirlər. Bu, bazarda qiymət rəqabətini gücləndirərək, xidmət və məhsul keyfiyyətində artımı da zəruri edib. Digər tərəfdən, bu tendensiya xüsusilə kiçik sahibkarlıq subyektləri üçün təhlükə yaradıb. Onlar onlayn platformalardakı ucuz qiymətlərlə rəqabət aparmaqda çətinlik çəkirlər. Müştərilərin alış-veriş davranışları da dəyişib - bir çox alıcı artıq məhsulu fiziki mağazada incələyib, daha sonra onu onlayn sifariş etməyə üstünlük verir. Beləliklə, offline mağazalar funksional olaraq sadəcə "vitrinə" çevrilməkdədir".

Ekspert qeyd edir ki, onlayn platformaların yayılması həm də gömrük sisteminə təsir göstərir: "Hərçənd ki, bu alqı-satqılar ölkəyə əlavə gömrük gəlirləri gətirir, lakin xırda və çoxsaylı bağlamalar sistemi yükləyir və bəzi hallarda vətəndaşlar sifarişləri bölərək rüsum limitlərindən yayınmağa çalışırlar. Nəticədə dövlət müəyyən itkilərlə də üzləşir. Bu e-ticarət dalğası milli valyutaya da təsirsiz ötüşmür. Çünki ödənişlərin əksəriyyəti xarici valyutada aparılır və bu da ölkənin ticarət balansına müəyyən təzyiq göstərir. Əvəzində, istehlakçı rahat alış-veriş və daha sərfəli seçim imkanları əldə edir. Belə bir şəraitdə rəqabətə davam gətirə bilən yerli satıcılar üçün isə bu platformalar yeni satış kanalları da ola bilər - əgər onlar öz məhsullarını bu platformalarda təklif etməyə nail olsalar".

Qısa və orta müddətli perspektivdə Azərbaycanda rəqəmsal ticarətin artmağa doğru davam edəcəyini bildirən ekspert internetə çıxış imkanlarının genişləndiyini, gənc nəslin onlayn alış-verişə daha çox meyilli olduğunu, sosial medianın alqı-satqı platforması kimi istifadəsinin bu prosesi stimullaşdırdığını vurğulayıb: "Hələlik elektron kommersiyanın ümumi pərakəndə dövriyyədə payı aşağı olsa da, bu göstərici ilbəil yüksəlir və dünya təcrübəsinə uyğun olaraq müəyyən tavan nöqtəsinə qədər böyümə davam edəcək. Uzun müddətli dövrdə isə bazar bir növ tarazlığa gələcək. Tamamilə rəqəmsallaşmış ticarət real görünmür, çünki istehlakçının offline təcrübəyə - məhsulu əyani görməyə, toxunmağa və sınamağa həmişə ehtiyacı olur. Bu səbəbdən həm fiziki, həm də onlayn satışların bir arada olduğu hibrid (omnichannel) model üstünlük təşkil edəcək".

Bəs yerli istehsalçıları qorumaq istiqamətində hansı addımlar atılmalıdır? Ekspertin fikrincə, dövlət yerli sahibkarların rəqəmsal aləmdə rəqabətə davam gətirməsi üçün müvafiq dəstək mexanizmləri hazırlaya bilər: "Bu, həm yerli onlayn platformaların inkişafı, həm də sahibkarların bu platformalara inteqrasiyası baxımından önəmlidir. Yerli elektron ticarət saytlarının texniki imkanlarının genişləndirilməsi, vergi güzəştləri və reklam xərclərinə dövlət dəstəyi bu istiqamətdə atıla biləcək praktik addımlardandır. Gömrük tənzimləmələri də burada mühüm rol oynayır. Hazırda 300 dollar rüsum limiti var, lakin bunun effektiv tətbiqi və sui-istifadə hallarının qarşısını almaq üçün nəzarət sistemləri təkmilləşdirilməlidir. Eyni zamanda, dövlət yerli istehsalçılara məhsul brendinqi, qablaşdırma, ixrac üçün sertifikatlaşdırma kimi sahələrdə texniki və maliyyə dəstəyi göstərə bilər. "Made in Azerbaijan" markasının həm daxili, həm də xarici bazarda təşviqi üçün mütəşəkkil proqramlar vacibdir. Digər mühüm sahə isə rəqəmsal savadlılıq və ticarət bacarıqlarıdır. Bir çox mikro və kiçik sahibkar texnologiyadan istifadə bacarıqlarına malik deyil. Bu problemi aradan qaldırmaq üçün təlim proqramları, mentorluq və e-ticarət məsləhət xidmətləri təşkil olunmalıdır".

Sosioloq Lalə Mehralı bildirir ki, istehlakçı çılğınlığı dövrün ən ciddi problemlərindəndir: "İnsanlar davamlı olaraq nəsə almaq, istehlak etmək ehtiyacı duyurlar və bu, asılılıqdır. Asılılığa səbəb olan amillər çoxdur. Asılılıq prosesinə psixoloji və bioloji amillər təsir edir. Asılılıq beyindəki dopaminə təsir göstərir. Dopamin hormonu düşüncə, hiss, motivasiya, hərəkət, diqqət və qərar qəbul etmə kimi bir çox əsas funksional proseslərdə iştirak edir. Dopamin hormonunun zədələnməsi nəticəsində beyin düzgün işləməməyə başlayır və asılılıq yaranır. Ona görə də asılılığı həm də beyin xəstəliyi kimi qəbul edə bilərik. Bu, dayanmadan nəsə almaq ehtiyacı duyan insanların büdcəsinə təcavüz deməkdir, gəlirlərini qeyri-adekvat bölüşdürülməsi deməkdir. Hər gün yenilənən dəb insanları davamlı alış-veriş etməyə vadar edir. Dəb dediyimiz sərhədsiz anlayış yalnız geyimlə məhdudlaşmır. Bizə dəb, moda adı altında ehtiyacımız olmayan hər şeyi sata bilirlər, sevmədimiz musiqini dinlədə bilirlər, bəyənmədiyimiz yeməyi yedirdə bilirlər. Elə bilirsiniz sosial şəbəkə trendləri boşuna gündəmə gəlir? İçinə pendir doldurulmuş bibər turşusunu yeməyən qaldı? Yaxud Dubay şokoladını dadmayan kimsə varmı? Bəs yumurtadan şokoladlı pudinq düzəltmək fikri necə? Trend, moda, dəb budur - zorla istehlakçı yaratmaq, ona istədiyini etdirmək, aldırmaq. Ən son modelini aldığımız telefonun menyusunu öyrənməmiş yeni versiyası satışa çıxarılır, "dəbdir" deyib onu almağa fokuslanırıq. Məşhur markanın telefonunu almağa, onu əlimizdə tutmağa özümüzü o qədər kökləmişik ki, vəhşicəsinə işləyib alın təri ilə qazandığımızı 2 il ona ödəməyə hazırıq. Bizi istehlak çılğınına döndərdilər. Bu çılğınlığı körükləyən amillərdən biri də alış-verişin online olmasıdır. Çünki online ödəmə bizi narahat etmir, bir növ rahatlıqla daha çox pul xərcləyə bilirik. Xüsusilə bu çılğınlığı edənlər kredit kartı olanlardır. Nağd pul xərcləyənlərin ödəniş anında beyinlərində ağrı və narahatlıq hiss etdiyi, lakin kredit kartları ilə xərcləmələrdə bunun aşkar edilmədiyi barədə bir çox araşdırma da var dünyada. Dolayısı ilə nağd ödənməyən üsulla məhsul əldə etmək insanları rahatladır və beləcə, insanlarda daim almaq, istehlak etmək hissi yaranır. Online alış-veriş saytlarından aldığı gərəksiz əşyalarla, heç vaxt geymədiyi geyimlərlə ilə nə edəcəyini bilməyən kifayət qədər çox insan var".

İqtisadçı ekspert Rəşad Həsənov isə deyir ki, onlayn ticarət platformalar ənənəvi ticarəti, fiziki alış-verişi bu və digər şəkildə məhdudlaşdırır: "Xüsusilə də digitallaşma iqtisadiyyatda xərcləri aşağı salan əsas faktordur. Onlayn ticarət plaltformaları da bu faktorun üstünlüyündən istifadə edib daha əlverişli şərtlər təklif  edirlər. Bu istiqamətdə xərclər kifayət qədər azalır. Bu da cəlbediciliyi artırır. Rəqabəti artırmaqla həmçinin pərakəndə ticarətlə məşğul olan sahibkarlıq subyektlərinin dövriyyəsinə mənfi təsir göstərirlər. Rəqabət mühitini dərinləşdirilməsi əslində, mənfəət normasının optimallaşdırmasına gətirib çıxardır. Əvvəllər hər hansı pərakəndə ticarət mərkəzi rahat şəkildə məhsulu bir manata alıb, iki manata satırdısa, bu gün onu edə bilmir. Çünki alternativlər var, "Trendyol",  "Temu" və  digər onlarla onlayn satış paltformaları var. İnsanların seçimi artır və bu da qiymətlərin optimallaşmasına gətirib çıxarır. Təbii ki, bu pərakəndə ticarət subyektlərinə mənfi təsir göstərsədə, milyonlarla istehlakçı qiymətərin optimallaşmasından faydalanır. Yəni bu platformalar rəqabət mühitini inkişaf etdirməklə, alternativlər kəşf etməklə bazarda daha əlverişli alış-veriş mühitinin formalaşmasını şərtləndirir. Ənənəvi alış-veriş böyük ehtimalla, yaxın on ildə əhəmiyyətli səviyyədə bazar payının kiçilməsi ilə üzləşəcəkdir. Ona görə sahibkarlıq subyektlərinə bu çağırışla barışmağı və özfəaliyyətlərini ən qısa zamanda yeni çağırışlara uyğunlaşdırmaqları tövsiyə olunur".

Ləman İLKİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyul 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see425

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see246

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see226

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see218

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see217

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see217

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see213

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see205

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see195

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see195

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see191

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see191

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see191

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see189

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see189

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see180

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see171

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see166

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see164

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri