Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Brendinq yalnız loqo və ya ad seçməkdən ibarət deyil, bu, istehlakçının yaddaşında və emosional dünyasında dərin iz buraxan kompleks bir prosesdir.
Güclü brend yaratmaq üçün şirkət yalnız məhsul və ya xidmət təqdim etməklə kifayətlənməməli, eyni zamanda dəyər yaratmalı və bazarda öz unikallığı ilə seçilməlidir.
İstehlakçı niyə məhz bu brendi seçməlidir? Bu suala düzgün cavab tapmaq, brend strategiyasının əsasını təşkil edir.
Hər bir uğurlu brendin arxasında onu digərlərindən fərqləndirən fundamental dəyərlər dayanır.
Brendin əsas vəzifəsi bazarda fərqlənmək, öz auditoriyası üçün xüsusi bir anlam daşımaqdır.
Şirkət müştərilərinə nə vəd etdiyini və bu vədləri necə yerinə yetirəcəyini dəqiq müəyyənləşdirməlidir”.
Bu sözləri Marketinq və İctimai Əlaqələr Departamentinin rəhbəri Nicat Hacızadə SİA-ya açıqlamasında deyib.