Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uzun illərdir Azərbaycanda strateji məhsul sayılan buğda istehsalının inkişafı üçün dövlət tərəfindən böyük həcmdə vəsait ayrılmasına baxmayaraq, bu sahədə istehsal getdikcə azalır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatdan görünür ki, 2025-ci ildə də ölkədə buğda istehsalı aşağı düşüb.Bizimyol.info xəbər verir ki, ötən il Azərbaycanda 1 milyon 609.8 min ton buğda istehsal edilib.
Bu da 2024-cü ilə nisbətən 4.5 faiz azdır.İstehsalın düşməsi əkin sahələrinin azalması ilə əlaqələndirilir.
Ekspertlər hesab edir ki, Azərbaycanda bir çox kənd sakinləri pay torpaqlarını əkib-becərmək imkanından məhrumdular.
Maddi imkansızlıq, susuzluq və s. səbəblərdən kəndlilərin bir çoxu pay torpaqlarını satır, yaxud icarəyə verir.
Nəticədə torpaqlar tədricən məmurların əlində cəmləşir, əkin sahələrinə də onlar nəzarət edir.Zaman-zaman dövlət Azərbaycanda buğda istehsalının inkişafına böyük həcmdə maliyyə ayırmasına baxmayaraq, nəticə ürəkaçan deyil.
İllərdir bu sahəyə ona görə investisiya ayrılır ki, ölkə özü-özünü taxılla təmin eləsin, xaricdən buğda idxalına son qoysun, yaxud da minimuma endirsin.