İstehsal hər il aşağı düşür... Dövlətin buğda istehsalına ayırdığı milyonlarla sərmayəni kim üyüdür ?
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, ötən il Azərbaycanda 1 milyon 609.8 min ton buğda istehsal edilib. Bu da 2024-cü ilə nisbətən 4.5 faiz azdır.
İstehsalın düşməsi əkin sahələrinin azalması ilə əlaqələndirilir. Ekspertlər hesab edir ki, Azərbaycanda bir çox kənd sakinləri pay torpaqlarını əkib-becərmək imkanından məhrumdular. Maddi imkansızlıq, susuzluq və s. səbəblərdən kəndlilərin bir çoxu pay torpaqlarını satır, yaxud icarəyə verir. Nəticədə torpaqlar tədricən məmurların əlində cəmləşir, əkin sahələrinə də onlar nəzarət edir.
Zaman-zaman dövlət Azərbaycanda buğda istehsalının inkişafına böyük həcmdə maliyyə ayırmasına baxmayaraq, nəticə ürəkaçan deyil. İllərdir bu sahəyə ona görə investisiya ayrılır ki, ölkə özü-özünü taxılla təmin eləsin, xaricdən buğda idxalına son qoysun, yaxud da minimuma endirsin. Lakin Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər onu deməyə əsas verir ki, bu sahəyə ayrılan investisiyalar nəticəsiz qalıb. Çünki 2025-ci ilin 11 ayında Azərbaycana 1 milyon 131 min 876.30 ton buğda idxal edilib.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli kənd təsərrüfatı sahəsində ölkəmizin “bəxti gətirmədiyini” düşünür. Bu fikrini əsaslandırarkən məmur özbaşınalığı, səriştəsizlik, korrupsiya və s. səbəbləri sadalayır.
Vahid Məhərrəmov
Buğda istehsalının azalmasından danışan ekspert bildirib ki, son 6 il ərzində istehsal 560 min ton azalıb. Bu da çox böyük rəqəmdir: “Strateji məhsulun istehsalının ildən-ilə azalması kənd təsərrüfatına rəhbərlik edənləri mütləq narahat etməlidir. Xüsusən nəzərə almaq lazımdır ki, tələbatın daxili istehsal hesabına ödənilməsinə nail olmaq üçün dövlət 20 ilə yaxındır müəyyən addımlar atır. Hələ 2007-ci ildən başlayaraq, bu sahəyə subsidiyalar ayrılmağa başlayıb. Ayrılan subsidiyalar həcmi digər sahələrlə müqayisədə iki dəfə çoxdur. Təəssüf ki, buna baxmayaraq, son 6 ildə buğda istehsalı azala-azala gedir”.
Prezident İlham Əliyevin 2022-ci ilin iyulunda imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanı yada salıb. Fərmanda göstərilib ki, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq edilsin.
“Bu sahəyə daha 166 milyon manat vəsait ayrılıb. Subsidiyaların həcmi də artıb. Belə olan halda, məntiqlə istehsal da artmalıdır. Müasir texnika lazımdırsa, var. Maliyyə ayrılır. Amma niyəsə nəticə əksinə olur – istehsal aşağı düşür. Bunun məntiqi izahı yoxdur”, - ekspert əlavə edib.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 21 Yanvar 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















