İstəyərdim ki, U 21 millisinə namizəd bir çox futbolçular mənimlə işləsin | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir. "Şamaxı" Misli premyer-liqasının 28-ci tur matçında "Araz-Naxçıvan"ın meydanından "
Çempionat sona yaxınlaşdıqca hər kəs oyunlara final kimi yanaşır. Azarkeşlərimizə təşəkkür edirəm. Ağır qrafikdə idik.
Bizim üçün böyük dəyişikliklər etmək çətindi. Uzun müddətdi təbii örtüklü meydançada oynamırdıq.
İlk dəqiqələrdə bunun çətinliyi hiss olunurdu. Rəqib üstün olsa da, real qol epizodu bizdə oldu. Təəssüf ki, istifadə edə bilmədik.
Daha sonra kobud səhvdən qol buraxdıq. İkinci hissədə futbolçularımdan razı qaldım. Bəlkə də 3 xalı əldən verdik.
Hər iki komanda 1 xal qazandı. Bizim üçün vacib xaldır. Bu stabilliyi qorumalıyıq.- U-21 millisinin baş məşqçisi təyin olundunuz.
Klubdakı işinizə davam edəcəksiz?- Millidə çalışmaq mənim üçün şərəfdi. Bu vəzifəni daşımağa canla-başla razı oldum.
AFFA rəhbərliyinə təşəkkür edirəm. Mövsümün sonuna qədər "Şamaxı"dayam. "Şamaxı" rəhbərliyi gənclərin oynaması üçün alışıb-yanır.
Tam oxu
Xəbəri oxu