Icma.az
close
up
RU
İstəyərdim ki, U 21 millisinə namizəd bir çox futbolçular mənimlə işləsin

İstəyərdim ki, U 21 millisinə namizəd bir çox futbolçular mənimlə işləsin

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

"Şamaxı" Misli premyer-liqasının 28-ci tur matçında "Araz-Naxçıvan"ın meydanından "sülh"lə ayrıldı - 1:1.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Qarşısına avrokubok hədəfi qoyan komandalara qarşı oynamaq çətindi. Çempionat sona yaxınlaşdıqca hər kəs oyunlara final kimi yanaşır. Azarkeşlərimizə təşəkkür edirəm. Ağır qrafikdə idik. Bizim üçün böyük dəyişikliklər etmək çətindi. Uzun müddətdi təbii örtüklü meydançada oynamırdıq. İlk dəqiqələrdə bunun çətinliyi hiss olunurdu. Rəqib üstün olsa da, real qol epizodu bizdə oldu. Təəssüf ki, istifadə edə bilmədik. Daha sonra kobud səhvdən qol buraxdıq. İkinci hissədə futbolçularımdan razı qaldım. Bəlkə də 3 xalı əldən verdik. Hər iki komanda 1 xal qazandı. Bizim üçün vacib xaldır. Bu stabilliyi qorumalıyıq.
- U-21 millisinin baş məşqçisi təyin olundunuz. Klubdakı işinizə davam edəcəksiz?
- Millidə çalışmaq mənim üçün şərəfdi. Bu vəzifəni daşımağa canla-başla razı oldum. AFFA rəhbərliyinə təşəkkür edirəm. Mövsümün sonuna qədər "Şamaxı"dayam. "Şamaxı" rəhbərliyi gənclərin oynaması üçün alışıb-yanır. Biz yayda gənc oyunçuların çox olmasını istəyirdik. Təəssüf ki, hamısını gətirə bilmədik. Qarşıdakı aylarda müzakirə edəcəyik. Gələn il gənc futbolçuların oynaması çətin olacaq. Artıq premyer-liqada legioner limiti ləğv olunub. Klubla, federasiya ilə müzakirə edib ən yaxşı qərarı verəcəyik.
- İki işi icra etmək çətin olmayacaq?
- Yox. U-21-in təlim-məşq toplanışı olacaq. Vaxtımız azdı. Köməkçilərimlə bu işin öhdəsindən gələcəyik. Elnur Çodarovla Kamil Qafarov bu təlim-məşq toplanışında mənimlə birlikdə olacaq. "Şamaxı"da 6-7 məşqdə iştirak etməyəcəm. Bu da problem olmayacaq. Növbəti toplanışlarda yeni köməkçilər olacaq.
- Milli fasilə "Şamaxı"nın işinə yarayacaq?
- Bu suala cavab vermək çox çətindi. Nəticələrdən sonra biləcəyik. Ağır qrafikdə oynadıq. Məncə, 3-cü dövrə bizim üçün pis keçmədi. Futbolçuların istirahətə ehtiyacı var. İnanıram ki, fasilə xeyrimizə olacaq.
- Belə iddialar var ki, "Şamaxı" U-21 millisinin bazası olacaq. Klub rəhbərliyi buna razıdımı?
- Klubun mənafeyini qoruyacağıq. Mütləq şəkildə komandada legionerlər olacaq. Elə bir fikir yoxdu ki, "Şamaxı"da yalnız gənc futbolçular oynasın. Amma istəyərdim ki, U-21 millisinə namizəd bir çox futbolçular mənimlə işləsin. 1-ci liqada və ya əvəzedicilər liqasında məşq edib oynamaqla premyer-liqa klubunda məşq edib oynamaq eyni deyil. Gənc futbolçuların oynaması önəmlidi. Amma onların yanında kimlərin olması da vacibdi. Sintez eləmək istəyirik.
- Fernando Santuşla görüşmüsüz?
- Yox, görüşüm olmayıb. Təyinatım bu gün rəsmiləşib. A milli ilə mütəmadi əlaqədə olmalıyıq. Çox istəyirəm ki, Santuşla görüşüm, əlaqəmiz olsun. Bu, məncə, millinin xeyrinə olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Mart 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri