Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq. İsti günlərin sayının artması epigenetik qocalmanın sürətlənməsi ilə bağlıdır.
Tədqiqat zamanı temperaturun 26,7 dərəcə Selsi və daha yüksək olduğu günlər nəzərdən keçirilib.
Bu barədə AzPost “Science Advances” elmi jurnalına istinadən məlumat verir.
Bioloji yaş və istilik Tədqiqatda insanın bioloji və ya epigenetik yaşı təhlil edilib.
Bu yaş orqanizmin molekulyar və hüceyrə səviyyəsində necə fəaliyyət göstərdiyinə əsaslanıb.
Mütləq doğum tarixi ilə müəyyən edilən xronoloji yaşla eyni deyil.
İstiliyə uzun müddət məruz qalma insanın bioloji yaşının 2,48 ilə qədər artması ilə əlaqələndirilir .
Tədqiqatın müəlliflərinin fikrincə, istiliyin orqanizmə təsiri siqaretin təsiri ilə eynidir.