Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir. ...Nağı bəy qeyd edirdi ki, axşam Məmmədəmin və Nəsib bəylərlə görüşüb Xəlil bəylə i
Onlar vəziyyətin belə nəticə ilə qurtarmasından çox razı qaldılar.
Hüseyn Baykara isə Azərbaycanın siyasi xadimlərinin əsl istiqlalçı olduqlarını və onların istiqlalçılıq xəttini müdafiə etməklə uzaqgörənliyini belə ifadə edib: “Azərbaycan xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin axarı içində öz yerini tapmış və Azərbaycan siyasi tarixinin taleyini əllərində tutanlar, tam zamanında siyasət adamı olduqlarını sübut edərək istiqlal hərəkatına yerində və vaxtında lazımi qiymət vermişlər”.
“İlhaqçılıq” məsələsinə münasibət bildirən H.Baykara yazırdı ki, Azərbaycanda olan və Azərbaycan tarixinin hər dövründə mürtəce qüvvə kimi tanınan bir zümrə - “geriçi-mürtəce” ortaya “İlhaqçılıq” məsələsi atmışdı.
Yəni Azərbaycan Osmanlı dövlətinə birləşdirilərək bu dövlətin bir vilayəti kimi idarə olunmalıdır.
Azərbaycanda islam ordusunun komandiri olan Nuru Paşa ağıllı bir general olsa da siyasi görüşü o qədər də yetkin deyildi.
Mürtəce ilhaqçılar Nuru paşanın bu vəziyyətindən istifadə etmək istəyirdilər.
M.Ə.Rəsulzadə də baş verən hadisəni “demokratiyanın geriləməsi, geriçi güclərin uğuru” kimi qiymətləndirmişdi.