Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

İstiqlaliyyətin möhkəmləndirilməsi uğrunda mübarizə tarixindən

İstiqlaliyyətin möhkəmləndirilməsi uğrunda mübarizə tarixindən

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

...Nağı bəy qeyd edirdi ki, axşam Məmmədəmin və Nəsib bəylərlə görüşüb Xəlil bəylə ilhaqçıların arasında olan söhbətin nəticəsini bildirdim. Onlar vəziyyətin belə nəticə ilə qurtarmasından çox razı qaldılar.

Hüseyn Baykara isə Azərbaycanın siyasi xadimlərinin əsl istiqlalçı olduqlarını və onların istiqlalçılıq xəttini müdafiə etməklə uzaqgörənliyini belə ifadə edib: “Azərbaycan xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin axarı içində öz yerini tapmış və Azərbaycan siyasi tarixinin taleyini əllərində tutanlar, tam zamanında siyasət adamı olduqlarını sübut edərək istiqlal hərəkatına yerində və vaxtında lazımi qiymət vermişlər”.

“İlhaqçılıq” məsələsinə münasibət bildirən H.Baykara yazırdı ki, Azərbaycanda olan və Azərbaycan tarixinin hər dövründə mürtəce qüvvə kimi tanınan bir zümrə - “geriçi-mürtəce” ortaya “İlhaqçılıq” məsələsi atmışdı. Yəni Azərbaycan Osmanlı dövlətinə birləşdirilərək bu dövlətin bir vilayəti kimi idarə olunmalıdır. Azərbaycanda islam ordusunun komandiri olan Nuru Paşa ağıllı bir general olsa da siyasi görüşü o qədər də yetkin deyildi. Mürtəce ilhaqçılar Nuru paşanın bu vəziyyətindən istifadə etmək istəyirdilər.

M.Ə.Rəsulzadə də baş verən hadisəni “demokratiyanın geriləməsi, geriçi güclərin uğuru” kimi qiymətləndirmişdi.

Tarixi sənədlərdən məlumdur ki, 1918-ci il iyun ayının 16-da Tiflisdən Gəncəyə köçən Azərbaycan hökuməti çox ciddi daxili və xarici problemlərlə üzləşmişdir. Bu vaxt artıq Nuru paşanın rəhbərlik etdiyi türk hərbi mütəxəssislərdən ibarət 300 nəfərlik qrup Gəncədə idi.

Gəncədə Milli Şuraya qarşı çox güclü müxalifətin olduğu aşkara çıxdı. Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin fikrincə, Milli Şura və onun yaratdığı hökumət həddən artıq sol və inqilabi mövqelərdə dururdu. “İlhaq” - Azərbaycanın Türkiyəyə birləşdirilməsinin tərəfdarı olan bu dairələr Nuru paşanı da öz tərəflərinə çəkərək onun nüfuzundan Milli Şuraya qarşı mübarizədə fəal istifadə edirdilər. Məhz onların təkidi ilə Nuru paşa Milli Şura üzvlərini qəbul etməkdən imtina etdi. Milli Şuraya etimadsızlıq aktı olan bu hərəkət ciddi siyasi böhrana gətirib çıxardı. Həmin günlərdə əslində Azərbaycan istiqlaliyyətinin müqəddəratı həll olunurdu, çünki “ilhaqçı”lar ictimaiyyət arasında da müəyyən nüfuza malik idilər. Yalnız M.Ə.Rəsulzadənin başçılıq etdiyi Milli Şuranın qətiyyətli mövqeyi kompromis əldə etməyə imkan verdi.

M.Ə.Rəsulzadə həmin vaxtlar yaranmış çətin vəziyyəti və bu çətin vəziyyətdən çıxış yolunu bu cür göstərmişdi: “Hər yandan yağı güclərlə çevrələnən ölkədə bu kimi çəkişmələri bir ara qırağa qoymaq gərəkirdi. Bu gərəklik geniş yetkiləri olan bir Hökumətin qurulması ilə əldə edilə bilmişdi”.

1918-ci il iyunun 17-də toplanmış Milli Şura qızğın mübahisələrdən sonra iki qətnamə qəbul etdi: 1. “Müvəqqəti hökumətin hüquq və vəzifələri haqqında” – “Müvəqqəti hökumət dövlət müstəqilliyini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar islahat və digər mühüm məsələlər barəsində qanunları dəyişmək səlahiyyətinə malik deyildir və yaxın altı ay ərzində Ümumazərbaycan Müəssislər Məclisinin çağırılmasını təmin etməlidir. İdarəetmənin digər məsələlərində hökumət tam sərbəstdir”. 2. “Milli Şuranın buraxılması haqqında”- “Azərbaycanın ağır daxili və xarici vəziyyətini nəzərə alaraq bütün hakimiyyət Fətəli xan Xoyskinin başçılığı ilə yeni yaradılmış hökumətə verilir, sonuncu isə hakimiyyəti ən qısa müddətdə çağırılmalı olan Ümumazərbaycan Müəssislər Məclisindən başqa heç kəsə təhvil verə bilməz”.

Milli Şuranın iclasında yekun sözü ilə çıxış edən M.Ə.Rəsulzadə Şuranın buraxılmasını demokratiyanın geri çəkilməsi və irticanın müvəffəqiyyəti kimi qiymətləndirdi. O, öz çıxışını aşağıdakı sözlərlə bitirdi: “Lakin cənablar, gəlin ruhdan düşməyək və ümid edək ki, lap tezliklə Azərbaycanın paytaxtı Bakıda Müəssislər Məclisində görüşəcəyik. Yaşasın Azərbaycan! Yaşasın türk xalqı”.

M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının bu yolla buraxılmasını, o dövrdə Gəncədə ortaya çıxan bir sıra siyasi çəkişmələrdən yarandığını göstərmişdi.

Azərbaycanın hər yerindən Gəncəyə axışan burjua-mülkədar və klerikal dairələrdən olan nümayəndələrin məhdud dünyagörüşlü mürtəce hissəsi Milli Şura və hökumətin demokratik, inqilabi əhvali ruhiyyəli şəxslərdən təşkil olunmasını istəmirdi. Azərbaycanın Türkiyəyə ilhaq edilməsinin tərəfdarı olan bu dairələr Milli Şuraya qarşı fəal kampaniya aparırdı.

Türkiyə qoşunları komandanlığının hərəkətləri Milli Şuranın radikal cinahının üzvləri N.Yusifbəyli, M.Y.Cəfərov və D.Vəkilovun etırazlarına səbəb oldu. Bu məsələdə onları sosialistlər dəstəklədi. İttihadçılar isə türkiyəpərəst mövqe tutmuşdu.

Milli Şuranın buraxılması ərəfəsində “Hümmət” fraksiyası etiraz əlaməti olaraq onun tərkibindən çıxdığını elan etdi. Siyasi vəziyyət daha da gərginləşdi.

“Müsavat” partiyasının lideri M.Ə.Rəsulzadə yaranmış bu vəziyyəti qiymətləndirərək yazırdı ki, “...Azərbaycanın müvəqqəti paytaxtı olan Gəncədə naqis də olsa milli hakimiyyəti təmsil edən bir qurumun bu şəkildə meydandan çəkilmək məcburiyyətində qalması, heç şübhəsiz, demokratiyanın “bir rişəti və qəvayi-mürtəcenin bir müvəffəqiyyətidir”.

“İyun böhranı” hadisələrinin başlıca yekunu isə bundan ibarət oldu ki, “irtica” Milli Şuranın buraxılmasına nail olsa da, demokratik qüvvələr Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlaya bildilər.

F.X.Xoyskinin başçılığı ilə yaradılmış yeni hökumət kabinetində bir çox demokratik ruhlu siyasi xadimlər təmsil olunmamışdılar. Bu hadisədən sonra sol partiyalar, o cümlədən “Müsavat” öz fəaliyyətlərini faktiki olaraq dayandırmalı oldular. Azərbaycanın mütərəqqi ruhlu siyasi xadimləri – M.Ə.Rəsulzadə, X.Xasməmmədov, A.Səfikürdski və b. aktiv siyasi fəaliyyətdən uzaqlaşdırılaraq danışıqlar aparmaq bəhanəsi ilə İstanbula göndərildilər. Lakin yuxarıda qeyd olunan “M.Ə.Rəsulzadə, X.Xasməmmədov, A.Səfikürdski və b. aktiv siyasi fəaliyyətdən uzaqlaşdırılaraq danışıqlar aparmaq bəhanəsi ilə İstanbula göndərildilər” fikri ilə razılaşmaq olmaz. Çünki Cümhuriyyət xadimlərinin, xüsusən M.Ə.Rəsulzadənin uzaq görənliyi sayəsində “17 iyun” böhranının daha da dərinləşməsinə və ziddiyyətlərin kəskinləşməsinə imkan verilmədi. Digər tərəfdən, Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskiyə Azərbaycan hökuməti tərəfindən, 17 iyunda xüsusi etimadnamə ilə İstanbulada keçirilməsi nəzərdə tutulan beynəlxaql konfransada iştirak etmək, eləcə də Türkiyənin dövlət adamları ilə danışıqlar aparmaq üçün geniş səlahiyyətlər verilmişdi. Həmin konfransda Azərbaycanla yanaşı, Türkiyə dövləti ilə müttəfiq olan Almaniya, Avstriya, Bolqarıstan, Qafqaz nümayəndə heyəti, o cümlədən Gürcüstan və Ermənistan nümayəndə heyətləri iştirak etməli idilər.

Belə bir ağır və gərgin günlərdə rus-erməni hərbi birləşmələri Şərqdən – Bakı istiqamətindən Gəncəyə döğru yürüşə başlamışdır. Həmin hücumun qarşı alınmalı, işğal olunmuş Azərbaycan torpaqları, o cümlədən Bakı şəhəri işğaldan azad edilməli idi. Əlbəttə, yuxarıda qeyd olunan məsələlərin taleyi tək Nuru Paşadan asılı deyildi. Əsas məsələlər İstanbulda həll olunurdu. Ona görə də təcrübəli siyasətçilərin Osmanlı dövlətinin rəhbərləri ilə danışıqlar aparmaları olduqca vacib idi. Dövrün arxiv sənədləri ilə yaxından tanışlıq sübut edir ki, M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Osmanlı dövlətinin paytaxtı İstanbulda, istər dövlət rəhbərləri ilə, istərsə də İstanbulda yerləşən başqa dövlətlərin səlahiyyətli nümayəndələri ilə çox səmərəli danışıqlar aparmışdılar.

Nəhayət, “istiqlaçılıq” və “ilhaqçılıq” tərəfdarları arasındakı mübarizənin yekunu olaraq M.Ə.Rəsulzadənin parlamentdəki çıxışı diqqəti cəlb edir. Belə ki, 1918-ci il dekabr ayının 10-da parlamentin ikinci iclasında milli dövlətçilik məsələsi ilə bağlı çıxış edərkən M.Ə.Rəsulzadə, Azərbaycan muxtariyyəti şüarını ilk dəfə ortaya atan Türk ədəmi-mərkəziyyət “Müsavat” firqəsi olduğunu qeyd etmişdir.

“Müsavat” firqəsi “əksər zehinləri tutan bir növ ruh xəstəliyi kimi şiddətli surətdə sirayət edən “İlhaqçılıq” mərkəzində mübtəla olmadı. ... artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki, artıq Azərbaycan fikri üzərinə müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki, artıq cəmatimizin zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş, yerləşmişdir. Çünki üç rəngli o məğrur bayraq artıq siyasətən həpimizi birləşdirmişdir.

Beləliklə, 1918-ci ilin bütün dövrü ərzində istiqlal tərəfdarlarının və təbliğatçılarının öz istiqlalçılıq fikirlərinə dərindən inamı və bu məqsədə çatmaq üçün ardıcıl və dönməz mübarizə aparmaları sonda istiqlalçıların istədikləri kimi oldu, yəni Azərbaycanın müstəqilliyi qorunub saxlanıldı.

Qısa bir zaman kəsiyində dünyada və regionda baş verən siyasi hadisələri düzgün qiymətləndirilməsinin nəticəsi olaraq, Azərbaycan Xalq Cümhuriyyəti Paris sülh konfransında dünyanın aparıcı dövlətləri tətərəfindən de-fakto tanındı. Bununla da müstəqil Azərbaycan dövləti Dünya dövlətləri sırasında öz yerini tapmış oldu.

Vaqif Şirinoğlu

AMEA A.A.Bakıxanov adına

Tarix və Etnologiya İnstitutu

Tarix elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Dekabr 2024 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri