Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Kürdəmir rayonunda yerləşən "Naftalan" ailəvi restoranında kütləvi zəhərlənmə qeydə alınıb.
Hadisə nəticəsində 24 nəfər xəstəxanaya yerləşdirilib. Qida təhlükəsizliyi ilə bağlı araşdırmalara start verilib, obyektin fəaliyyəti dayand
Bəs ailəvi restoran və istirahət mərkəzi seçərkən vətəndaşlar nəyə diqqət etməlidirlər?
Restoranın və ya istirahət məkanının təhlükəsiz olub-olmadığını necə müəyyən edə bilərik?
Turizm üzrə ekspert Rəhman Quliyev “Yeni Sabah”a açıqlamasında məsələyə münasibət bildirib.
O qeyd edib ki, ucuz qiymət mütləq təhlükə demək deyil, lakin qiymət real xərcə uyğun gəlmədikdə, həmin məhsul və ya xidmətin haradansa qənaətlə əldə olunduğu ehtimalı artır: Marqarita pizza “Bu qənaət isə çox zaman məhsulun keyfiyyəti, gigiyenik və sanitar şəraiti, saxlanma və hazırlanma prosesi kimi mühüm sahələrdə baş verir.
Xüsusilə tez xarab olan qida məhsulları — ət, süd, yumurta, salat, mayonezli yeməklər və dəniz məhsulları kimi qidalarla ehtiyatlı olmaq vacibdir.