Icma.az
close
up
RU
İstirahətiniz kabusa dönə bilər Restoranlarda buna DİQQƏT EDİN

İstirahətiniz kabusa dönə bilər Restoranlarda buna DİQQƏT EDİN

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Kürdəmir rayonunda yerləşən "Naftalan" ailəvi restoranında kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə nəticəsində 24 nəfər xəstəxanaya yerləşdirilib. Qida təhlükəsizliyi ilə bağlı araşdırmalara start verilib, obyektin fəaliyyəti dayandırılıb.

Bəs ailəvi restoran və istirahət mərkəzi seçərkən vətəndaşlar nəyə diqqət etməlidirlər? Restoranın və ya istirahət məkanının təhlükəsiz olub-olmadığını necə müəyyən edə bilərik?

Turizm üzrə ekspert Rəhman Quliyev “Yeni Sabah”a açıqlamasında məsələyə münasibət bildirib. O qeyd edib ki, ucuz qiymət mütləq təhlükə demək deyil, lakin qiymət real xərcə uyğun gəlmədikdə, həmin məhsul və ya xidmətin haradansa qənaətlə əldə olunduğu ehtimalı artır: Marqarita pizza

“Bu qənaət isə çox zaman məhsulun keyfiyyəti, gigiyenik və sanitar şəraiti, saxlanma və hazırlanma prosesi kimi mühüm sahələrdə baş verir. Xüsusilə tez xarab olan qida məhsulları — ət, süd, yumurta, salat, mayonezli yeməklər və dəniz məhsulları kimi qidalarla ehtiyatlı olmaq vacibdir. Belə məhsulların qeyri-sanitar şəraitdə saxlanması və ya düzgün temperaturda təqdim olunmaması qida zəhərlənməsinə, yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər.

Vətəndaşlar restoran, kafe və digər istirahət məkanlarını yalnız ucuzluq prinsipi ilə deyil, gigiyenik şərait, şəffaflıq, xidmət keyfiyyəti və etibar meyarlarına əsaslanaraq seçməlidirlər. Sosial şəbəkələrdə və ictimai reytinqlərdə obyektlər haqqında yazılan rəylər, eləcə də müəssisənin sanitar-epidemioloji göstəriciləri barədə açıq məlumatlar bu seçimdə mühüm rol oynamalıdır”.

Ekspert vurğulayıb ki, dövlət qurumları isə vətəndaşların sağlamlığını qorumaq üçün daha çevik və şəffaf fəaliyyət göstərməli, aşkarlanan pozuntularla bağlı ictimaiyyəti vaxtında məlumatlandırmalıdır:

“Müəyyən edilmiş sanitar pozuntulara görə bağlanan obyektlərin yenidən fəaliyyətə başlaması zamanı ciddi yoxlamalar aparılmalı, yalnız bütün tələblər yerinə yetirildikdən sonra açılmasına icazə verilməlidir. Eyni zamanda, belə obyektlərin monitorinqi davamlı xarakter daşımalı, qaydalara əməl olunmasına nəzarət gücləndirilməlidir. Bu, həm vətəndaşların sağlamlığının qorunması, həm də qida təhlükəsizliyinin təmin olunması baxımından zəruridir”.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyul 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri