İsveç Ukraynaya hərbçi göndərə bilər

19.12.2024

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsveçin müdafiə naziri Pol Conson ölkəsinin Ukraynada hipotetik sülhməramlı missiyaya cəlb olunacağını istisna etmir.

SİA xəbər verir ki, o, bu barədə çərşənbə günü, dekabrın 18-də dərc olunan Kyiv Independent qəzetinə müsahibəsində bildirib.

Consonun sözlərinə görə, İsveç artıq Ukraynada fiziki varlığa malikdir.

Söhbət hərbi texnika əldə etmək üçün Ukrayna hökuməti ilə əməkdaşlıq edən müdafiə təchizat agentliyindən gedir.

İsveçin müdafiə naziri əlavə edib ki, ölkə Ukrayna ərazisində hərbi təlimlərin keçirilməsi imkanını da nəzərdən keçirir.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью