İsveç Ukraynaya hərbçi göndərə bilər
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsveçin müdafiə naziri Pol Conson ölkəsinin Ukraynada hipotetik sülhməramlı missiyaya cəlb olunacağını istisna etmir.
SİA xəbər verir ki, o, bu barədə çərşənbə günü, dekabrın 18-də dərc olunan Kyiv Independent qəzetinə müsahibəsində bildirib.
Consonun sözlərinə görə, İsveç artıq Ukraynada fiziki varlığa malikdir.
Söhbət hərbi texnika əldə etmək üçün Ukrayna hökuməti ilə əməkdaşlıq edən müdafiə təchizat agentliyindən gedir.
İsveçin müdafiə naziri əlavə edib ki, ölkə Ukrayna ərazisində hərbi təlimlərin keçirilməsi imkanını da nəzərdən keçirir.
Əli Babayev

İsveç də Ukraynaya qoşun göndərə bilər
03 Mart 2025 00:58
İsveç Ukraynaya 2,25 milyard ayırır
22 Noyabr 2024 17:15
İsveç “Archer”ləri Ukraynaya göndərəcək
14 Mart 2025 00:50
Avropa Ukraynaya 100 minə qədər hərbçi göndərə bilər Reuters
18 Dekabr 2024 18:24
İsveç Ukraynaya 27,1 milyon dollar ayıracaq
03 Yanvar 2025 05:00

