İsveçdə parlament seçkiləri ərəfəsində sorğu keçirilib | Icma.az
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Stokholm, 3 iyun, Nərgiz Cəfərli, AZƏRTAC 2026-cı ildə keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, Baş nazir vəzifəsinə hansı namizədin daha uyğun olacağı ilə bağlı isveçli seçicilərin marağı da artır.
AZƏRTAC xəbər verir ki, seçki kampaniyasının gücləndiyi şəraitdə “Ipsos” kompaniyası rəy sorğusu keçirib.
Onun nəticələri göstərir ki, hazırkı hökumət başçısı Ulf Kristersson dəstəyini itirir və güclü siyasi lider kimi qəbul olunmur.
Beynəlxalq böhranlara baxmayaraq, o, qeyri-sabitlik kontekstində geniş dəstək əldə edə və mövqeyini möhkəmləndirə bilməyib.
Analitiklər bunun hazırkı Baş nazir üçün xarakterik olmadığını vurğulayırlar.Respondentlərin rəğbət göstərdiyi lider sabiq Baş nazir və sosial-demokratların rəhbəri Maqdalena Andersson olub.
O, peşəkarlıq səriştəsi, liderlik keyfiyyətləri və effektiv ünsiyyət qurmaq meyarlarına görə birinci yerdədir.
Bu siyasətçinin maliyyə naziri vəzifəsində qazandığı təcrübə və Ukraynada müharibənin başlanğıcında qətiyyətli addımları onun müsbət imicinin formalaşmasında mühüm rol oynayıb.Ultra-sağ millətçi “İsveç demokratları” partiyasının lideri Cimmi Okesson da Baş nazir postuna ciddi namizəd kimi qəbul edilir.
Tam oxu
Xəbəri oxu