Icma.az
close
up
RU
İsveçdə parlament seçkiləri ərəfəsində sorğu keçirilib

İsveçdə parlament seçkiləri ərəfəsində sorğu keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Stokholm, 3 iyun, Nərgiz Cəfərli, AZƏRTAC

2026-cı ildə keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, Baş nazir vəzifəsinə hansı namizədin daha uyğun olacağı ilə bağlı isveçli seçicilərin marağı da artır.

AZƏRTAC xəbər verir ki, seçki kampaniyasının gücləndiyi şəraitdə “Ipsos” kompaniyası rəy sorğusu keçirib. Onun nəticələri göstərir ki, hazırkı hökumət başçısı Ulf Kristersson dəstəyini itirir və güclü siyasi lider kimi qəbul olunmur.

Beynəlxalq böhranlara baxmayaraq, o, qeyri-sabitlik kontekstində geniş dəstək əldə edə və mövqeyini möhkəmləndirə bilməyib. Analitiklər bunun hazırkı Baş nazir üçün xarakterik olmadığını vurğulayırlar.

Respondentlərin rəğbət göstərdiyi lider sabiq Baş nazir və sosial-demokratların rəhbəri Maqdalena Andersson olub. O, peşəkarlıq səriştəsi, liderlik keyfiyyətləri və effektiv ünsiyyət qurmaq meyarlarına görə birinci yerdədir. Bu siyasətçinin maliyyə naziri vəzifəsində qazandığı təcrübə və Ukraynada müharibənin başlanğıcında qətiyyətli addımları onun müsbət imicinin formalaşmasında mühüm rol oynayıb.

Ultra-sağ millətçi “İsveç demokratları” partiyasının lideri Cimmi Okesson da Baş nazir postuna ciddi namizəd kimi qəbul edilir. O, partiyasının siyasətini izah etmək və cəmiyyətin problemlərini başa düşmək qabiliyyətinə görə yüksək qiymətlər alıb. Mütəxəssislərin fikrincə, bu siyasətçi U.Kristerssondan daha çox Anderssonla rəqabətdə daha inandırıcı alternativ kimi görünür. Eyni zamanda, C.Okesson tez-tez ən aşağı qiymətlər alır ki, bu da onunla bağlı fikirlərin qütbləşdiyini göstərir.

U.Kristersson sorğuda beş kateqoriyadan heç birində üstünlük qazanmayıb və analitiklərin fikrincə, bu, qismən onun “The Tidö Agreement” adlanan ortaqlığına (Mötədillər, Xristian-Demokratlar və Liberal Partiyasının hökuməti formalaşdırdığı, İsveç Demokratlarının hökumət idarələrinə təyinatları vasitəsilə nüfuz qazandığı razılaşma) etibar etməsi ilə bağlıdır. Seçicilər əslində, kimin - Kristersson və ya Okessonun siyasi kursunun doğru olduğundan tam əmin deyillər.

Sorğu onu da göstərib ki, şanslı namizədlərin üçlüyünə daxil olmayan digər partiya liderləri və siyasi güclərin nümayəndələri sabit olaraq ən aşağı etimad göstəricisinə malikdirlər. Bütün bunlar ondan xəbər verir ki, böyük ehtimalla, 2026-cı ildə hakimiyyət uğrunda mübarizə üç əsas fiqur – M.Andersson, C.Okesson və U. Kristersson arasında gedəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see283

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see270

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see270

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see230

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see229

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see226

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see224

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see220

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see220

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see208

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see202

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see199

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see198

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see191

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see189

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see189

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see185

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see184

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see179

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri