İtaliya klubunun qapıçısı İngiltərə Premyer Liqasına üz tutdu

27.01.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bornmut" "Latsio"nun qapıçısı Hristos Mandası mövsümün sonuna qədər icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı yunan futbolçu 2025/26 mövsümündə Roma klubunda bir oyun keçirib və bu matçda qapısını toxunulmaz saxlayıb. Onun "Latsio" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Qapıçı karyerası ərzində Yunanıstanın "OFI Krit" və "Atromitos"un formasını geyinib. "Transfermarkt" portalı onun transfer dəyərini beş milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, "Bornmut" 23 turdan sonra 30 xalla turnir cədvəlində 13-cü pillədə yer alıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью