İtaliya klubunun qapıçısı İngiltərə Premyer Liqasına üz tutdu
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bornmut" "Latsio"nun qapıçısı Hristos Mandası mövsümün sonuna qədər icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
24 yaşlı yunan futbolçu 2025/26 mövsümündə Roma klubunda bir oyun keçirib və bu matçda qapısını toxunulmaz saxlayıb. Onun "Latsio" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Qapıçı karyerası ərzində Yunanıstanın "OFI Krit" və "Atromitos"un formasını geyinib. "Transfermarkt" portalı onun transfer dəyərini beş milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, "Bornmut" 23 turdan sonra 30 xalla turnir cədvəlində 13-cü pillədə yer alıb.
Bu mövzuda digər xəbərlər:Pelleqrini İngiltərə Premyer Liqasına köçür
10 Avqust 2025 16:31
Renn dən İngiltərə Premyer Liqasına
16 Avqust 2025 22:35
Leroy Sane İngiltərə Premyer Liqasına qayıdır
14 Mart 2025 15:28
Bavariya nın ulduzu İngiltərə Premyer Liqasına qayıdır
09 Fevral 2025 03:47
Xulian Alvarez İngiltərə Premyer Liqasına qayıtmaq istəyir
20 Yanvar 2026 11:54
Baxış sayı:44
Bu xəbər 27 Yanvar 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















