İtaliya şirkətləri azad edilmiş ərazilərdə abidələri bərpa edir

23.11.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bir sıra İtaliya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarixi və mədəni obyektlərin bərpasında iştirak edir.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.

“Bir sıra İtaliya şirkətləri ölkəmizdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə tarixi və mədəni obyektlərin bərpasında fəal iştirak edirlər”, – nazir bildirib.

C. Bayramov iki ölkə arasında mədəni əməkdaşlıq çərçivəsində qarşılıqlı mədəniyyət günlərinin, sərgilərin və festivalların keçirildiyini də qeyd edib.

Nazir onu da qeyd edib ki, İtaliya–Azərbaycan Universitetində hazırda 640 tələbə təhsil alır. Universitetdə 8 bakalavriat və 2 magistratura proqramı üzrə tədris aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью