İtaliya şirkətləri azad edilmiş ərazilərdə abidələri bərpa edir
Icma.az, Modern.az saytına istinadən bildirir.
Bir sıra İtaliya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarixi və mədəni obyektlərin bərpasında iştirak edir.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.
“Bir sıra İtaliya şirkətləri ölkəmizdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə tarixi və mədəni obyektlərin bərpasında fəal iştirak edirlər”, – nazir bildirib.
C. Bayramov iki ölkə arasında mədəni əməkdaşlıq çərçivəsində qarşılıqlı mədəniyyət günlərinin, sərgilərin və festivalların keçirildiyini də qeyd edib.
Nazir onu da qeyd edib ki, İtaliya–Azərbaycan Universitetində hazırda 640 tələbə təhsil alır. Universitetdə 8 bakalavriat və 2 magistratura proqramı üzrə tədris aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 23 Noyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















