İtaliyada işsizlik səviyyəsi azalır

08.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Roma, 8 iyun, AZƏRTAC

İtaliyada ötən ay işsizlik səviyyəsi 0,2 bənd azalaraq 5,9 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatına görə, gənclər arasında işsizlik səviyyəsi isə 1,2 bənd geriləyərək 19,2 faizə düşüb. Ölkə üzrə məşğulluq səviyyəsi 62,7 faiz olub.

Hesabat dövründə məşğul əhalinin sayı 24 milyon 200 min nəfər təşkil edib. İş axtaranların sayı 48 min nəfər azalıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью