İtaliyada işsizlik səviyyəsi azalır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Roma, 8 iyun, AZƏRTAC
İtaliyada ötən ay işsizlik səviyyəsi 0,2 bənd azalaraq 5,9 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatına görə, gənclər arasında işsizlik səviyyəsi isə 1,2 bənd geriləyərək 19,2 faizə düşüb. Ölkə üzrə məşğulluq səviyyəsi 62,7 faiz olub.
Hesabat dövründə məşğul əhalinin sayı 24 milyon 200 min nəfər təşkil edib. İş axtaranların sayı 48 min nəfər azalıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

İtaliyada işsizlik səviyyəsi son 18 ilin ən aşağı göstəricisinə enib
01 Sentyabr 2025 13:36
İtaliyada məşğulluq səviyyəsi yüksəlib
13 Sentyabr 2025 17:05
İtaliyada işsizlik səviyyəsi 2007 ci ildən bəri ən aşağı göstəriciyə enib
01 Aprel 2025 19:38
İtaliyada avtomobil satışları azalır AZƏRTAC
03 Yanvar 2025 21:19
İtaliyada inflyasiya səviyyəsi 1,7 faiz olub
11 Avqust 2025 17:49

