İtaliyalı ekspert: Azərbaycan sülhpərvər mövqeyini nümayiş etdirir | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumat verir. "İkinci Qarabağ müharibəsinin Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşmasını əks etdirən
Lakin sülh sazişi üzrə addımlar davam etməkdədir, xüsusilə Azərbaycanın mövqeyi dayanıqlı sülh müqaviləsinin imzalanması istiqamətindədir.
Azərbaycan haqlı olaraq sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından ərazi iddialarını ehtiva edən maddələrin çıxarılmasını və ATƏT-in Minsk qrupunun ləğvini tələb edir.
Sülh müqaviləsi üçün bu şərtlərin yerinə yetirilməsi vacibdir". Bunu Oxu.Az-a açıqlamasında türkiyəli professor Mehmet Yüce deyib.
Onun sözlərinə görə, Ermənistan sülh müqaviləsinin imzalanması üçün müsbət addımlar atmır: "Ermənistan Zəngəzur dəhlizinin açılması və Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı məsələlərdə də üzərinə düşən öhdəlikləri yerinə yetirmir.
İrəvan Birinci Qarabağ müharibəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlara görə səhvini etiraf etməyərək üzr istəməyib.
Buna baxmayaraq, Azərbaycan tərəfi Zəngəzur dəhlizinin öz üzərinə düşən hissəsini tamamlamaq üzrədir.
Zəngəzurun Türkiyə hissəsi, xüsusilə Qars və Naxçıvan dəmir yolunun tikintisinə də başlanılıb.
Tam oxu
Xəbəri oxu