Icma.az
close
up
RU
İtaliyalı ekspert: Azərbaycan sülhpərvər mövqeyini nümayiş etdirir

İtaliyalı ekspert: Azərbaycan sülhpərvər mövqeyini nümayiş etdirir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"İkinci Qarabağ müharibəsinin Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşmasını əks etdirən üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri Ermənistanın yerinə yetirməməsi bölgədə bir çox mənfi nəticələrə gətirib çıxarıb. Lakin sülh sazişi üzrə addımlar davam etməkdədir, xüsusilə Azərbaycanın mövqeyi dayanıqlı sülh müqaviləsinin imzalanması istiqamətindədir. Azərbaycan haqlı olaraq sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından ərazi iddialarını ehtiva edən maddələrin çıxarılmasını və ATƏT-in Minsk qrupunun ləğvini tələb edir. Sülh müqaviləsi üçün bu şərtlərin yerinə yetirilməsi vacibdir".

Bunu Oxu.Az-a açıqlamasında türkiyəli professor Mehmet Yüce deyib.

Onun sözlərinə görə, Ermənistan sülh müqaviləsinin imzalanması üçün müsbət addımlar atmır:

"Ermənistan Zəngəzur dəhlizinin açılması və Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı məsələlərdə də üzərinə düşən öhdəlikləri yerinə yetirmir. İrəvan Birinci Qarabağ müharibəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlara görə səhvini etiraf etməyərək üzr istəməyib. Buna baxmayaraq, Azərbaycan tərəfi Zəngəzur dəhlizinin öz üzərinə düşən hissəsini tamamlamaq üzrədir. Zəngəzurun Türkiyə hissəsi, xüsusilə Qars və Naxçıvan dəmir yolunun tikintisinə də başlanılıb. Ermənistan bu məsələdə də adekvat davranmır, hətta baş nazir Paşinyan dəhlizin Ermənistanın gündəmində olmadığını bəyan edir, əvəzində uğursuz "sülh qovşağı" adlı layihə təqdim edir. Təbii ki, nə Azərbaycan, nə də Türkiyə bu layihəni haqlı olaraq qəbul etmir. Ermənistan silahlanma ilə bağlı da təhlükəli addımlarını davam etdirir ki, təbii olaraq bu da Azərbaycanın Ermənistana inanmaması üçün əsas amildir".

"Yəni sülh müqaviləsinin imzalanmaması bir çox problemlərə səbəb olur. İstər investisiyaların qarşısının alınması, istər enerji layihələrinin həyata keçirilməsinə əngəllər, istər kənar müdaxilələr bunun əyani sübutudur. Bununla yanaşı, Ermənistanın Qərbi azərbaycanlıların qayıdışı hüququna mane olması da başadüşülən deyil. Bu kimi problemlər həm də beynəlxalq aktorlarla münasibətlərdə gərginliyə səbəb olur. Fransanın hadisələrə müdaxiləsi regionda sabitliyin davamlı pozulması ilə yadda qalır. Yəni sülh sazişinin uzadılması problemləri artırır. Nəticədə Ermənistan müharibədə məğlub olsa da, sülh müqaviləsinin imzalanmasında Azərbaycan qədər səy göstərmir, hətta sülh sazişinin imzalanmaması üçün əlindən gələni edir", - deyə professor əlavə edib.

İtaliyalı politoloq Karlo Marino da Oxu.Az-a açıqlamasında deyib ki, Azərbaycan hər zaman humanist və multikultural mövqeyi ilə seçilib:

"Bu, Azərbaycanın dözümlülük siyasətinin göstəricisi, çoxkonfesiyalı ölkə olduğunu, dolayısı ilə sülhpərvər dövlət mövqeyini nümayiş etdirir".

"Sülh sazişinin imzalanmasına gəlincə, bu müqavilənin yubanmasına əsas maneə Ermənistan konstitusiyasında Qarabağın Ermənistan ərazisi olduğunu ehtiva maddələrin olmasıdır. Bu, prosesin müsbət yekunlaşmasına əngəl törədir, hətta sülh sazişinin imzalanmamasında əsas maneədir. Çünki Ermənistan konstitusiyasında bu maddələr qalırsa, deməli, Azərbaycana qarşı ərazisi iddiası da davam edir".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Aprel 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri