İtaliyalı parlamentarilər Xocalı soyqırımı ilə bağlı dezinformasiyanın artıq qəbuledilməz …
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliyanın Deputatlar Palatasında Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar konfrans keçirilib.
Xalqcebhesi.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Xocalı 33 il sonra.
Qayıdış zamanı barışıq üçün ədalət” mövzusunda konfrans Deputatlar Palatasının Xarici işlər və icma əlaqələri komitəsinin üzvü Naike Qruppioninin təşəbbüsü ilə təşkil olunub.
Konfransda çıxış edən N.Qruppioni Xocalıda 33 il əvvəl baş vermiş hadisələrdən danışıb, oxşar faciələrin bir daha təkrarlanmaması, daha ədalətli dünyanın qurulması üçün onlardan danışmağın nə dərəcədə vacib olduğunu vurğulayıb.
O, artıq həmin ərazilərin işğaldan azad olunduğunu və davamlı sülhə nail olmağın mümkünlüyünü qeyd edib.
İclasın moderatoru İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri, professor Antonio Stanqo Xocalının anım mərasiminin illərdir keçirildiyini xatırladıb, lakin bunun getdikcə daha müsbət, effektiv barışıq perspektivi ilə baş verdiyini deyib.
İtaliya Senatında Avropa İttifaqı siyasəti komitəsinin sədri, senator Ciuliomaria Terzi Di Sant’Aqata Xocalı qətliamının tarixi haqqında danışıb, soyqırımı ilə bağlı dezinformasiyanın artıq qəbuledilməz olduğunu vurğulayıb.
Tam oxu
Xəbəri oxu