Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

İtaliyalı parlamentarilər Xocalı soyqırımı ilə bağlı dezinformasiyanın artıq qəbuledilməz olduğunu vurğulayıblar

İtaliyalı parlamentarilər Xocalı soyqırımı ilə bağlı dezinformasiyanın artıq qəbuledilməz olduğunu vurğulayıblar

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın Deputatlar Palatasında Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar konfrans keçirilib.

Xalqcebhesi.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Xocalı 33 il sonra. Qayıdış zamanı barışıq üçün ədalət” mövzusunda konfrans Deputatlar Palatasının Xarici işlər və icma əlaqələri komitəsinin üzvü Naike Qruppioninin təşəbbüsü ilə təşkil olunub.

Konfransda çıxış edən N.Qruppioni Xocalıda 33 il əvvəl baş vermiş hadisələrdən danışıb, oxşar faciələrin bir daha təkrarlanmaması, daha ədalətli dünyanın qurulması üçün onlardan danışmağın nə dərəcədə vacib olduğunu vurğulayıb. O, artıq həmin ərazilərin işğaldan azad olunduğunu və davamlı sülhə nail olmağın mümkünlüyünü qeyd edib.

İclasın moderatoru İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri, professor Antonio Stanqo Xocalının anım mərasiminin illərdir keçirildiyini xatırladıb, lakin bunun getdikcə daha müsbət, effektiv barışıq perspektivi ilə baş verdiyini deyib.

İtaliya Senatında Avropa İttifaqı siyasəti komitəsinin sədri, senator Ciuliomaria Terzi Di Sant’Aqata Xocalı qətliamının tarixi haqqında danışıb, soyqırımı ilə bağlı dezinformasiyanın artıq qəbuledilməz olduğunu vurğulayıb. O, eyni zamanda, bu faciəyə baxmayaraq, Azərbaycanın necə böyük nüfuz qazana bildiyini, həmçinin ötən ilin sonunda COP29-a uğurla ev sahibliyi etdiyini və konfransın müsbət nəticələrini misal çəkib. Senator vurğulayıb ki, beynəlxalq ədalət beynəlxalq təhlükəsizlik üçün əsas şərtdir və Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarı ilə Xocalının mülki əhalisinin qətliamını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.

İtaliyanın “Artcloud Network International” şirkətinin kreativ direktoru Fabrisio Konti son 5 ildir mütəmadi qaydada Azərbaycana səfər etdiyini deyib, Qarabağ və Xocalıda müşahidə etdiklərindən, sağ qalanların, işğaldan azad edilmiş ərazilərdə yaşamağa qayıdanların ifadələrindən, Qarabağda “Yaddaş muzeyi”nin inşa edilməsindən, Əsgəran qalasının bərpa olunmasından və bunun kimi bir sıra fərqli layihələrdən söhbət açıb.

Daha sonra Senatın Avropa İttifaqı siyasəti komitəsinin katibi, senator Marko Skurria söz alaraq kimlik mövzusunun dəyərinə və torpaqlarını tərk etməli olanların ağrılarına istinad edərək, tarixdəki faciələrin silinərək süni tarixin qurulmasının mümkünsüzlüyündən danışıb, müxtəlif institutların bu cür tədbirlərdə iştirak etməli olduğunu qeyd edib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı qətliamı ilə bağlı faktları bir daha vurğulayaraq, bunun beynəlxalq hüquq müstəvisində soyqırımı və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib. Səfir Ermənistanın keçmiş prezidenti və digər rəsmilərinin Xocalıda törətdikləri soyqırımını etiraf etdiyini, bu qanlı cinayətin icraçılarının bəzilərinin bu gün Azərbaycanda müttəhimlər kürsüsündə mühakimə olduğunu qeyd edib. O, məsuliyyətin nə qədər mühüm və cəzasızlığın nə dərəcədə məqbul olmadığına diqqət çəkərək, bunun yeni cinayətlərə yol aça biləcəyini bildirib və bu məqsədlə qətliamı pisləməkdə beynəlxalq ictimaiyyətin həmrəyliyinin vacibliyini vurğulayıb.

Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” kampaniyasından danışaraq bütün dünyanın bu cür hadisələrin bir daha təkrarlanmaması üçün birgə çalışmalı olduğunu xüsusilə qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Xocalıda yenidənqurma və bərpa işlərinin aparıldığı və insanların 33 ildən sonra firavan yaşamaq üçün yurdlarına geri dönməyə başladığı vurğulanıb.

Daha sonra “Artcloud Network International” şirkəti tərəfindən hazırlanmış Xocalı soyqırımının acı nəticələri və hazırda oraya həyatın qayıtdığını ehtiva edən videoçarx nümayiş olunub. Konfrans İtaliyanın Deputatlar Palatasının sosial media platformalarından canlı yayımlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Fevral 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri