İtaliyanın göndərdiyi 15 ton humanitar yardım Qəzzaya çatıb

07.02.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Roma, 7 fevral, AZƏRTAC

İtaliyanın Qəzzaya göndərdiyi 15 ton humanitar yardım Aşdod limanına çatıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani iştirak edib.

Nazir bildirib ki, hər birində 1 ton humanitar yardım olan 15 yük maşını “Qəzza üçün ərzaq” təşəbbüsü vasitəsilə Dünya Ərzaq Proqramı (WFP) ilə əməkdaşlıq çərçivəsində göndərilib.

Qeyd olunub ki, İtaliya buvaxtadək İordan çayının qərb sahilinin inkişafına və Qəzzada bərpa tədbirlərinə ümumilikdə 104 milyon avro ayırıb. Həmçinin Qəzza zolağına 120 tonadək humanitar yardım çatdırılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью